Icma.az
close
up
RU
Yeni dünya nizamında Azərbaycanın etibarlı müttəfiqlik fəlsəfəsi

Yeni dünya nizamında Azərbaycanın etibarlı müttəfiqlik fəlsəfəsi

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Qırğızıstanda səfərdə olarkən cənab Prezident müttəfiqlik haqqında möhtəşəm bir ifadə işlətdi: "Müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq."
Bu mesaj dünyaya beynəlxalq münasibətlərdə dəyişən geosiyasi şərait fonunda tərəfdaşların qəbul etdikləri öhdəliklərə sadiqlik mesajıdır. Bu cümlələr türk dövlətləri arasında qarşılıqlı etimadı ön plana çıxaran bir mesajdır. Əlbəttə, müttəfiqlik münasibətləri böyük məsuliyyətin, yüksək siyasi etimadın və strateji uzaqgörənliyin təcəssümüdür. Həqiqi və ədalətli müttəfiqlik yalnız ortaq maraqları deyil, həm də ortaq dəyərləri, qarşılıqlı hörməti və qəbul edilmiş öhdəliklərə sarsılmaz sədaqəti ifadə edir. Bu gün dünyanın etibarlı müttəfiqlərə ehtiyacı var. Etibarlı müttəfiq sözünə sahib çıxır, tərəfdaşlarının təhlükəsizliyinə, sadiqliyinə və inkişafına dəstəyini əməli addımlarla nümayiş etdirir. Məhz bu məsuliyyət hissi uzunömürlü strateji əməkdaşlığın təməlini təşkil edir, regionda, eləcə də beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu gün etibarlı əməkdaşlıq beynəlxalq münasibətlərdə hava və su kimi lazımdır. Biz uzun illər belə bir siyasi şəraitin yaranmasına çalışdıq, istər regionda, istərsə də dünyada. Yeni dünya nizamına uyğun yeni tələblərə ehtiyac vardır. Prezident böyük təmkinlə bu tələbləri dünyanın siyasi camiəsinə təqdim etdi.
"Öz hissinə hakim olan insan dünyaya hakim ola bilər" ifadəsi ona görə deyilir. Biz təmkinlə böyük uğurlara imza atdıq, Zəfər ölkəsinə çevrildik. Yüksək təmkinlilik bizi yüksək mərhələyə, şərəfli mərhələyə qaldırdı. Öz siyasi, diplomatik və iqtisadi imkanlarımızı dəqiq və zamanında hesablayaraq, imkan sərhədlərimizi aşmamaqla həqiqətə və ədalətə çatdıq. Biz o haqqımızı ağlımızla və müdrikliyimizlə qazandıq. Bu, məhz məsuliyyətli idarəetmə yoludur. Bu gün təəssüflər olsun ki, bəziləri uğursuzluğun rəmzinə çevrilmiş bəzi siyasi böcəklər bu müdrikliyə kölgə salmağa çalışırlar. Amma çalışsalar da, onların bu Vətənə, millətə qarşı düşmənçilik cəhdləri arzu olaraq ürəklərində qaldı. Əvəzində isə özlərinə kölgə saldılar. Cəmiyyətə qazanılmış uğurları, həqiqətləri ədalətli şəkildə çatdırmaq əvəzinə, qısamüddətli şəxsi maraqların və nəticəsiz populizmin ardınca gedənlər uğursuzluğu simvolizə edən "siyasi böcəklər" adını qazandılar. Tarixdə isə yalnız məsuliyyətli qərarlar qəbul edən, xalqa xidmət edən və real nəticələr ortaya qoyan siyasi xadimlər yaşayır. Tarix də məhz onları yaşadır.
Hər şey Vətən üçün! Hər şey Azərbaycan üçün!
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Avqust 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri