Icma.az
close
up
RU
Yeni dünya nizamında inkişaf etməkdə olan ölkələrin rolu ŞƏRH

Yeni dünya nizamında inkişaf etməkdə olan ölkələrin rolu ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum baş tutub. Bu forum qlobal siyasətin, beynəlxalq münasibətlərin və yeni yaranmaqda olan geosiyasi trendlərin müzakirəsi üçün önəmli bir platforma kimi təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən tanınmış beynəlxalq ekspertlər, siyasi analitiklər, alimlər və diplomatlar forumda iştirak edərək müasir çağırışlara dair fikir mübadiləsi aparıblar. Forum müasir dövrdə baş verən geosiyasi dəyişikliklər fonunda qlobal güc balansının dəyişməsi, regional münaqişələr, müstəqil dövlətlərin suverenlik hüquqları, eləcə də beynəlxalq hüququn rolu kimi əsas məsələləri gündəmə gətirib. Forumda iştirak edənlər yeni dünya nizamının formalaşmasında beynəlxalq aktorların məsuliyyəti və rolunu da geniş şəkildə müzakirə ediblər.

Forumun əsas məqsədi, beynəlxalq ictimaiyyət üçün aktual olan məsələləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik çağırışları, post-münaqişə dövründə bərpa və inkişaf məsələləri, yeni dünya nizamında inkişaf etməkdə olan ölkələrin rolu, Azərbaycanın geosiyasi mövqeyindən doğan yeni imkanlar və çağırışlar üzrə fikir mübadiləsini təşviq etmək və ortaq baxışlar formalaşdırmaqdır. Forumun hədəfləri arasında isə Azərbaycanın beynəlxalq platformalarda təşəbbüskar mövqeyinin gücləndirilməsi, Qlobal və regional məsələlərə dair obyektiv və peşəkar yanaşmaların paylaşılması, Müstəqil siyasət yürüdən ölkələr üçün əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılması, Post-münaqişə dövründə Azərbaycanın uğurlu siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Gələcəkdə regional sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlik tövsiyələrin hazırlanması yer alıb. Forumun açılışında çıxış edən cnab Prezident İlham Əliyev bildirib ki, bu cür tədbirlər Azərbaycan üçün yalnız ölkəni tanıtmaq baxımından deyil, həm də beynəlxalq müzakirələrin mərkəzinə çevrilmək üçün əhəmiyyətli platformadır: “Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.” Prezident, eyni zamanda, forum iştirakçılarının Xankəndiyə səfərinin və işğaldan azad edilmiş ərazilərlə yerində tanış olmalarının Azərbaycan reallıqlarını anlamaq baxımından mühüm olduğunu vurğulayıb. “Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam.” Dövlət başçısı əlavə edib ki, Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri ölkənin tarixi ilə bağlı daha dolğun məlumat əldə etmələrinə imkan verir: “Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir.” Prezident forum iştirakçılarının Xankəndiyə səfər etdiyini vurğulayaraq, bu şəhərin Ermənistan tərəfindən dəstəklənən separatçı hərəkata başlanğıc nöqtəsi olduğunu xatırladıb: “Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir.” Cənab Prezident qeyd edib ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə təməli qoyulmuş separatizm prosesi, əslində, zamanla partlayacaq bir "bomba" idi və bu, müxtəlif maraqlı tərəflər tərəfindən münaqişəni siyasi alətə çevirmək məqsədilə istifadə olundu. “Biz buna, əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq.” Prezident İlham Əliyev forumun Azərbaycanın reallıqlarını daha yaxından tanıtmaq baxımından əhəmiyyətini xüsusi vurğulayıb və bildirib ki, “Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam.” Sonda cənab Prezident müzakirələrin davam etdirilməsinin və beynəlxalq ekspertlər arasında əməkdaşlığın yeni yanaşmaların formalaşmasına kömək edəcəyini ifadə edib: “Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.” “Yeni dünya nizamına doğru” forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkənin qlobal debatlara töhfə verən bir aktora çevrildiyini sübut edir. Bu forum vasitəsilə Azərbaycan yalnız regional deyil, həm də qlobal məsələlərin müzakirəsində fəal iştirak edən və təşəbbüs göstərən bir dövlət kimi çıxış edir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri