Icma.az
close
up
RU
YENİ DÜNYA NİZAMINDA TÜRK DÖVLƏTLƏRİ GÜC MƏRKƏZİ KİMİ

YENİ DÜNYA NİZAMINDA TÜRK DÖVLƏTLƏRİ GÜC MƏRKƏZİ KİMİ

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Elman Bağırov, Ədalət Partiyasının İdeoloji məsələlər üzrə sədr müavini

Bu gün dünya tarixi qeyri-müəyyənliklərlə dönüş mərhələsindən keçir. Ənənəvi güc mərkəzləri zəifləyir, yeni regional güc qütbləri formalaşır. Enerji, nəqliyyat və təhlükəsizlik marşrutları strateji cəhətdən daha böyük əhəmiyyət daşıyır. Milli suverenlik və dövlət maraqları getdikcə daha çox ön plana çıxmağa başlayır. Beynəlxalq münasibətlər sistemi yenidən qurulur.

Bu Yeni Dünya Nizamı şəraitində qarşımızda bir sual yaranır:
Biz haradayıq və harada olmalıyıq?

Türk dünyası – geosiyasi reallıq

Türk dövlətləri (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan)  Avrasiyanın ürəyində yerləşən, Şərqlə (Çin) Qərbi (Avropa), Şimalla (Rusiya) Cənubu (Yaxın Şərq, İran) birləşdirən unikal geosiyasi məkandır. Bu coğrafi mövqe onlara “Orta dəhlizin” əsas dayağı, “enerji təhlükəsizliyinin” açar aktoru, “Alternativ ticarət və logistika mərkəzi” olmaq kimi real üstünlüklər verir. Bu, sadəcə xəritə üstünlüyü deyil – strateji məsuliyyətdir.

Bu gün Orta dəhliz, enerji təhlükəsizliyi və alternativ logistika yolları qlobal gündəmin mərkəzindədirsə, deməli, türk dünyası artıq kənarda qala bilməz.

Türk dövlətlərinin zəngin neft, qaz, uran və nadir metal ehtiyatları, nəqliyyat imkanları, geniş kənd təsərrüfatı potensialı, habelə gənc və artan əhali bu birliyə qlobal enerji bazarlarında mühüm oyunçu, Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş və Asiya-Avropa ticarət zəncirinin alternativ mərkəzi rolunu oynamaq imkanı verir.

Türk Dövlətləri Təşkilatı – gələcəyin yeni güc platforması

Türk Dövlətləri Təşkilatı sadəcə mədəni birlik olmaqdan çıxıb iqtisadi və siyasi gücə çevrilməlidir. Bunun üçün ilk öncə iqtisadi inteqrasiyanı gücləndirib strateji bloka çevrilmə mərhələsini sürətləndirməlidir. Ortaq dil, tarix, mədəniyyət, islam və türk sivilizasiyasının sintezi Şərqlə Qərb arasında mədəni balansın qorunmasında böyük üstünlüklər verir.

Ortaq bazar, vahid nəqliyyat və enerji strategiyası, siyasi koordinasiya və ortaq müdafiə mexanizmləri perspektivləri TDT-nin regional güc mərkəzinə çevrilməsinin əsas şərtləridir. Göstərilən şərtlər həyata keçirildikdə, TDT regional iqtisadi və hərbi-siyasi güc mərkəzinə çevrilərək qlobal güclərin balanslaşdırılmasında böyük rol oynaya bilər.

Bu birlik nə kiməsə qarşıdır, nə də kimisə təhdid edir.

Bu birlik öz gücünə arxalanan, suverenliyinə hörmət edən, regional sabitlik yaradan bir modeldir.

Azərbaycan, Türk Dünyası coğrafiyasının mərkəzi olaraq, geosiyasi açar rolunu oynayır.

Qafqazda yeganə Türk dövləti olmaqla, Azərbaycan Türkiyə ilə Mərkəzi Asiyanı fiziki və strateji cəhətdən birləşdirən əsas körpüdür. O, Xəzər-Qara dəniz-Aralıq dənizi xəttinin əsas halqasıdır, enerji və nəqliyyat layihələrinin lokomotividir.

Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu- bunlar sadəcə layihə deyil, Türk dünyasını dünyaya bağlayan damarlardır.

Zəngəzur dəhlizi isə tarixən parçalanmış türk coğrafiyasının yenidən birləşməsi ideyasıdır.

Qarabağ Zəfəri – türk gücünün simvolu

44 günlük Vətən müharibəsi göstərdi ki:

– -haqq gücdən üstündür,

— siyasi iradə milli birliklə birləşəndə nəticə qaçılmazdır.

Bu zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının özünə inamının bərpası oldu.

Azərbaycan sübut etdi ki, Türk dövləti yalnız danışan deyil, icra edən dövlətdir.
Güclü Azərbaycan – güclü Türk dünyası, güclü Türk dünyası – ədalətli dünya deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see293

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see270

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see221

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see211

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see208

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see185

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see179

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see168

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see152

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see145

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri