Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı: Yeni dünya düzənində yeni güc mərkəzi

Türk Dövlətləri Təşkilatı: Yeni dünya düzənində yeni güc mərkəzi

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.

Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək türk dövlətlərinin əməkdaşlığı istiqamətində bir sıra məsələlərə toxunub.

Prezident bildirib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır:

“Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir". 

Türk dövlətləri arasında təhlükəsilik və birgə müdafiə məsələlərinin vacibliyi ziyalılar, millət vəkilləri tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə "Cebheinfo.az"a bildirib ki, Türk Dövlətləri Təşkilatının güclənməsi bütövlükdə türk dövlətlərini hər birinin dövlət və türk dünyasının maraqlarına xidmət edir: 

"Müxtəlif sahələr üzrə əməkdaşlıq formatı var, eyni zamanda müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı da əməkdaşlıq nəzərdə tutulub. Birgə xarici fəaliyyət və xarici siyasətin uzlaşdırılması, xarici təhdidlərə qarşı birgə dirəniş göstərilməsi bu konteksdədir. 

Təbii ki, ordu quruculuğu, hər bir türk dövlətinin birgə təlimlərə cəlb olunması, təlimlərin keçirilməsi xarici təhdidlərə qarşı ola biləcək təhlükələrin qarşısının alınması məqsədilə bu istiqamətdə orduların fəaliyyətinin koordinasiya olunması və bütövlükdə türk dünyasını əhatə edəcək layihələrin reallaşdırılması üçün birgə fəaliyyət əsas istiqamətlərdən biridir.

Buna görə də birgə təlimlərin keçirilməsi nəzərdə tutulacaq. 

Həmçinin ordu quruculuğu sahəsində yeni texnologiyalardan istifadə sahəsində əməkdaşlıq vacibdir və Azərbaycanın özünün hərbi sənaye kompleksi inkişaf edir, eləcə də digər türk dövlətlərinin hərbi sənaye kompleksi inkişaf etməkdədir. 

Xüsusilə də bu istiqamətdə Türkiyənin aparıcı rolu danılmazdır. 

Bu yeni texnologiyalar məsələsində qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, yeni texnoloji yeniliklərin aşılanması, tətbiq edilməsi, türk dövlətləri tərəfindən ordularda istifadə edilməsi birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi əsas prioritet məsələlərdən biridir".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri