Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Türk dövlətləri ailəsi yeni güc mərkəzi

Türk dövlətləri ailəsi yeni güc mərkəzi

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Söhbət Türk Dövlətləri Təşkilatından gedir.

İndi kimsə deyəcək, prezident İlhm Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdəki inaqurasiya çıxışında dediyi bu sözləri bəlkə ən azı yüz dəfə eşitmişik, oxumuşuq.

Bu da təbiidir: biz hələ bu sözləri bir yerlərdən çox oxuyacağıq, çox eşidəcəyik. Qismət olsa, tarix boyu söyləyəcəyik, dinləyəcəyik. Çünki bu, millətin manifestidir.

Bu cümlələrdə əsas fikir budur: Azərbaycan çox təşkilatlara üzv ola bilər, ancaq bir təşkilata mənsubdur. Azərbaycan üçün TDT, sadəcə, bir təşkilat deyil, bir ailədir. Ailəyə mənsub olmaq doğmalıq hissindən gəlir.

Mən TDT haqqında uzun-uzadı danışmayacam. Çünki bu təşkilat haqqında məlumatlar hər kəs üçün əlçatandır. Qurucu üzvlər hansı dövlətlərdir, hansılar sonradan qoşulub, kimlər müşahidəçi qismindədir, bunların hamısı internet informasiya resurslarında var. Burada önəmli olan başqadır: bu dövlətlər etnik kök üstündə - bir ağacın budaqları kimi birləşsələr də, bir ailə doğmalığı yaşasalar da, öz təhlükəsizlik və rifah maraqlarını da üzvi olaraq uzlaşdıra bilirlər. Bunu indiyədək keçirilmiş zirvə görüşləri, eləcə də, hökumətlərarası, idarələrarası əlaqələr də aydın göstərir. Bu günlərdə Qəbələdə keçirilən növbəti zirvə görüşü də bunu bir daha nümayiş etdirir. TDT-nin bu dəfəki zirvəsində dövlət başçıları regional sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcək, birgə hərəkət üçün yol xəritəsi cızacaqlar.

TDT üzvü olan ölkələrin əksəriyyətinin ya həmsərhəd olduğu, ya yaxınlığında olduğu, bəzilərinin hətta hərbi müttəfiq olduğu ölkə -Rusiya Ukraynada müharibə aparır. Rusiyanın əsas müttəfiqlərindən biri isə Çindir. TDT-nin coğtafiyasına baxsaq, Ağ dənuzdən, Anadoludan Cənubi Qafqaza, Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanır. Bu siyasi coğrafiya dünyanın üç qlobal güc mərkəzinin (Avropa İttifaqı, Rusiya və Çin) arasında yerləşir. Üstəlik son onilliklərdə özünü yeni bir güc mərkəzi kimi təqdim edən və Türk dünyasına qarşı qeyri-dost davranışlar sərgiləyən Hindistan da var. Belə bir coğrafiyada türk dövlətlərinin, sadəcə, dost olmaqları, hətta təkcə strateji müttəfiq olmaqları da yetərli deyil; bir Ailə olmaq gərəkdir. Ailə olaraq düşünmək və qərar vermək, ailə olaraq davranmaq qaçılmaz zərurətdir. Burda, təbii ki, sülh və təhlükəsizlik gündəliyi öncəlik halına gəlir. Ailə öz varlığını və maraqlarını birlikdə qorumağa məcburdur. Əlbəttə, sözün yaxşı mənasında.

Azərbaycan, məlum olduğu kimi, bu Ailənin - Türk dünyasının ən passionar üzvlərindən biridir. Qəbələ zirvəsində isə yeni bir status qazanır - TDT-yə sədrlik Azərbaycana keçir. Bu təşkilatda dönəm sədri kimi Azərbaycan önəmli işlərə imza atacaq. Buna heç şübhə yoxdur ki, Azərbaycanın sədrliyinin özü TDT üçün növbəti uğur sayıla bilər. Bu, TDT-nin yeni qlobal güc mərkəzi kimi formalaşması yolunda mühüm addımlardan biri olacaq. TDT-nin öz coğrafiyasını, öz varlığını və maraqlarını qorumaqdan ötrü önəmli gücə çevrilməsi şərt oldu artıq.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri