Icma.az
close
up
RU
Yeni dünya nizamının formalaşmasında Azərbaycan mühüm mövqeyə malikdir

Yeni dünya nizamının formalaşmasında Azərbaycan mühüm mövqeyə malikdir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibə ənənəvi olaraq gündəmdə olan geniş iqtisadi və siyasi məsələləri əhatə edir. 3 saatdan artıq davam edən tədbirdə jurnalistlərin bütün suallarını ətraflı cavablandıran dövlət başçısı ölkəmizin prinsiplərini beynəlxalq aləmdə əks etdirən bəzi tezisləri və şərhlərini açıqladı.

Söhbət zamanı yeni geosiyasi kontekstin konturlarını dəqiqliklə təsvir edən cənab İlham Əliyev bəyan etdi ki, aparıcı Qərb ölkələri siyasi və mənəvi böhran yaşayır və planetdə yeni dünya nizamı formalaşır: "Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, çoxlu boşluqlar yaranır və yaranacaqdır. İkinci dünya müharibəsindən sonra yaradılan sistem artıq öz potensialını itirib".
Bu çətin beynəlxalq şəraitdə istisnasız olaraq bütün ölkələr yeni çağırışlarla üzləşirlər. Yeni şəraitdə Azərbaycanın siyasətinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, biz təkcə yeni dünya nizamının necə olacağını gözləməməliyik, öz işimizi görməli və gündəliyimizi tətbiq etməliyik. Gələcək nizamın ədalətli olacağına əminliyini ifadə edən dövlətimizin başçısı bu ədalətin Bakının gördüyü kimi, yəni suverenlik, müstəqillik, dövlətlərin bir-birinin daxili işlərinə qarışmamasından ibarət olduğunu vurğuladı.
Yeni güc mərkəzlərinin möhkəm təməllər üzərində qurulması baxımından Prezident ölkəmizin İnkişaf etməkdə olan Ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) daxil olmasını çox əhəmiyyətli addım kimi dəyərləndirdi, İslam səkkizliyini köhnə sistemin böhranı nəticəsində yaranan boşluqda əhəmiyyətli bir oyunçu kimi təqdim etdi. Onun sözlərinə görə, bu gün artıq həm Qafqaza, həm də Xəzər regionuna qədər uzanmış D-8-in coğrafiyası nə qədər geniş olsa, təşkilatın imkanları da bir o qədər əhatəli olacaqdır.
Mövzunun əlaqəli davamı kimi, Azərbaycan Prezidenti dağılmış köhnə və yaranmaqda olan yeni dünya nizamı kontekstində Türk Dövlətləri Təşkilatının (TDT) yeri və rolu barədə də fikirlərini bölüşdü: "Burada yeni aktor, yəni ciddi gündəliyi olan yeni ciddi oyunçu lazımdır. Məsələn, biz hesab edirik ki, TDT dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər". Prezident bu əsnada türk dünyasının gücünün artmasını qlobal siyasətin müstəqil sivil amili kimi dəyərləndirmiş və Suriyadakı son hadisələrin fonunda türk dünyası ilə Yaxın Şərq arasında sanki bir körpünün arxitekturasını müəyyənləşdirmiş oldu. "Həm Yaxın Şərqdə, həm də Avropada tamamilə yeni bir vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaqdır. Biz isə onun yanındayıq". Dövlət başçısının bu bəyanatı güman etməyə əsas verir ki, Türkiyənin Suriyadakı rolunun möhkəmləndirilməsi həm Türk və İslam dünyasının inteqrasiyasının güclənməsinə, həm də türk amilinin İslam dünyasında daha fəal roluna təkan verə bilər.
Müsahibənin gedişində, əlbəttə, İrəvana da ismarıclar göndərildi. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına, o cümlədən Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılması məsələlərinə dair bir sıra suallara cavab verən Prezident bir daha prinsipial mövqeyini ortaya qoydu.
Ən yaddaqalan məqamlardan biri cənab İlham Əliyev tərəfindən Ermənistanın militarizasiya siyasəti ilə bağlı verilən xəbərdarlıq oldu: "Bir daha demək istəyirəm ki, biz buna sadəcə müşahidəçi kimi baxmayacağıq. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Fransa və ona silah verən digər ölkələr bu müqavilələri ləğv etməlidirlər. Artıq Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Bu bizim şərtimizdir." Bildiyiniz kimi, Azərbaycan liderinin bütün fəaliyyəti sözlə əməlin vəhdət nümunələri ilə zəngindir. Hər kəs, o cümlədən beynəlxalq arenada onun sözünün imzası qədər keçərli olduğunu bilir. Demək, əgər o, bunun şərt olduğunu deyibsə, deməli, bu belə də var. Üstəlik, bu şərt heç də sülh razılaşması ilə əlaqəli deyil, özlüyündə ayrıca bir şərtdir. Bu şərtin yerinə yetirilmədiyi təqdirdə Ermənistan Bakı tərəfindən tətbiq ediləcək sanksiyanı göz önünə almadır. Ona görə də indiki mərhələdə daha yaxşı olar ki, İrəvan hökuməti bunu özü üçün aydın təsəvvür edə bilsin və Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması naminə gərəkən bütün addımları atsın.
Digər tərəfdən, yuxarıda göstərilən şərt təkcə Ermənistana deyil, həm də ona silah verən ölkələrə, ilk növbədə, Azərbaycanı daim aşağılamağa çalışan Fransaya ünvanlanıb. Prezidentin cavablarından məlum olub ki, son bir neçə ay ərzində Bakı Fransa hökumətinin nümayəndələrindən təmasların qurulması barədə siqnallar alır. Azərbaycan rəhbərliyi həmişə cavab verib ki, o, hazırdır, amma bunun üçün nə Parisə, nə də Brüsselə getməyəcək və görüş yeri üçün Bakını təklif edib. Bundan sonra ortaya sükut çöküb: "Biz hazırıq, onlarla bölüşəcək bir şeyimiz yoxdur. Əsas odur ki, bizə toxunmasınlar, işlərimizə qarışmasınlar, Cənubi Qafqazın işlərinə qarışmasınlar. Bu, artıq kifayət qədər aydın şəkildə ifadə etdiyimiz bir tələbdir." Gördüyümüz kimi, Parisdə Azərbaycanla münasibətlərin bərpasının zəruriliyi başa düşülür, lakin görünür, prezident Makronun hədsiz və qeyri-adekvat qüruru buna mane olur. Ancaq, cənab İlham Əliyev onu da qeyd edib ki, ABŞ-dakı son prezident seçkilərindən sonra Ağ Evin sahibinin dəyişməsi ilə yeni global geosiyasi düzənin formalaşması Fransa prezidentinin xarici siyasət davranışına müsbət təsir göstərən ciddi amil rolunu oynaya bilər.
Azərbaycanın ABŞ-la münasibətlərinə gəlincə, dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, yeni seçilmiş prezident Tramp Soros hakimiyyəti adlandırdığı sələfi Bayden administrasiyasının zərərli ermənipərəst kursuna pozitiv korrektələr edəcək: "Cənab Trampın bəyanatlarında çox açıq və aydın siqnallar səslənir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Deyə bilərəm ki, Azərbaycan ictimaiyyəti onların əksəriyyətini bölüşür".
Ümumiyyətlə, Prezident İlham Əliyevin müsahibə boyunca səsləndirdiyi çox ciddi siyasi bəyanatlar Azərbaycan dövlətinin yeni, daha ədalətli dünya nizamının formalaşmasında mühüm mövqeyə malik olmasının ifadəsidir ki, bu da ölkəmizin gücünə və qüdrətinə, öz suverenliyini və ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq bacarığına inamdan irəli gəlir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri