Icma.az
close
up
RU
Azərbaycan unikal mövqeyə malikdir EU Today

Azərbaycan unikal mövqeyə malikdir EU Today

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının nüfuzlu “EU Today” nəşrində redaktor, tanınmış siyasi icmalçı və publisist Qeri Kartraytın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə həsr edilən məqaləsi dərc olunub.

Globalinfo.az xəbər verir ki, müəllif öz məqaləsində Azərbaycanın Ermənistanla otuz illik münaqişədən təkcə qalib kimi deyil, həm də qərbə baxan strateji tərəfdaş kimi çıxdığını bildirib.

Siyasi icmalçı yazıb ki, rəsmi Bakı 30 ilə yaxın davam edən müharibəyə son qoymaqla hazırda sülhü təşviq edir. Qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra daha çox iqtisadi yenilənməyə və diplomatik münasibətlərə, xüsusən də Qərbə yönəlmiş əlaqələrə diqqət yetirir.

Müəllif yazır ki, bütün bu hadisələr fonunda Brüssel üçün sülhü möhkəmləndirmək, investisiyaları artırmaq və Avropanın cənub-şərq sərhədindəki geosiyasi mövqeyini gücləndirmək üçün şans yaranıb.

“Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və aparıcı investorudur. Eyni zamanda Brüssel Bakının ticarət və investisiya axınlarının əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycan həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə vacib qaz tədarük edir, Avropanın ənənəvi təchizatçılardan asılılığından uzaqlaşmasına kömək edir və onun enerji təhlükəsizliyinə maddi töhfə verir”.

Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında unikal mövqeyə malikdir deyən tanınmış siyasi icmalçı bildirib ki, Avropa İttifaqı Bakıya özünə bərabər partyor kimi baxmalıdır.

Digər tərəfdən Brüssel daha geniş regional konteksti də nəzərə almalıdır. Belə ki, Aİ Qara dəniz və Şərq Tərəfdaşlığı strategiyalarını inkişaf etdirdikcə, Azərbaycanı əsas tərəfdaş kimi qəbul etməlidir.

Çünki Azərbaycan Xəzər dənizi ilə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirir, Ukraynadan Gürcüstana və Cənubi Qafqaza qədər uzanan sabit bir əməkdaşlıq qövsünü möhkəmləndirir.

Müəllif qeyd edir ki, Azərbaycanın münaqişədən sonrakı qərbə doğru yönəlməsi qısa bir an deyil, struktur dəyişiklikdir. Odur ki, Brüsselin bu yeni fəsli aydınlıq, öhdəlik və strateji vizyonla qəbul etməsi yaxşı olardı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri