Yeni elmi texniki kitab nəşr olundu
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub.
Kulis.az xəbər verir ki, inşaat mühəndisi Elcan İbrahimovun müəllifi olduğu “Polad konstruksiyalar: Səssiz güc” kitabı “Poladın gücü elmdən doğur” prinsipi üzərində qurulub. Nəşrdə mürəkkəb mühəndislik hesablamaları sadə və anlaşılan dildə təqdim edilir.
Nəşr mühəndislər, layihəçilər, eləcə də inşaat mühəndisliyi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Kitabın ərsəyə gəlməsində əsas məqsəd Azərbaycanda polad konstruksiyalar sahəsində ana dilində texniki ədəbiyyatın məhdudluğunun aradan qaldırılmasına töhfə verməkdir.
“Səssiz güc” kitabı “Kosmo” nəşriyyatında çap olunub. Kitabın rəyçiləri Azərbaycan Respublikasının əməkdar mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Lətif Zeynalov, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Dilqəm Mahmudov və Azərbaycan Respublikası Hesablama Palatasının eksperti Nazim Qurbanovdur.
Məşhur filosof vəfat etdi "Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir? "Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















