Icma.az
close
up
RU
Qərbi Azərbaycanla bağlı yeni kitab nəşr olunub

Qərbi Azərbaycanla bağlı yeni kitab nəşr olunub

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Qərbi Azərbaycana qayıdış haqqı” adlı kitab işıq üzü görüb. Kitab, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Tətbiqi Tədqiqatlar Fondunun reallaşdırdığı eyni adlı layihə çərçivəsində nəşr olunub.
Reyting.az
xəbər verir ki, 15 avqust 2015-ci ildə kitabın təqdimatı keçirilib.
Kitabda azərbaycanlıların əbədi yaşadığı Cənubi Qafqaz ərazilərinin işğalı, müstəmləkə zamanı erməni amilinin rolu və yeri, onun ictimai həyatın bütün sahələrində dərin iz qoymuş dağıdıcılıq fəaliyyətinə tutarlı faktlarla işıq salınır. Yeni nəşrdə geniş yazılı və maddi mənbələrdən əldə edilmiş məlumatlar əsasında ermənilərin və onların havadarlarının regionda məkrli siyasətinin əsl məqsədləri ön plana çəkilir, yerli müsəlman-türk əhalisinin vətən haqqının pozulması addım-addım izlənilir. Bu da, regionda Rusiyanın yüzilliklər ərzində apardığı məkrli siyasətin mahiyyətini dərk etməyə, həyatın bütün sahələrində erməni amilindən istifadə edilməklə yeridilən daçıdıcı əməlləri ifşa etməyə imkan verir.
Azərbaycan xalqının tarixinin müasir mərhələsində bu vaxta qədər itirilmiş tarixi torpaqlarımıza - doğma yurd yerlərimizə qayıdış problemi aktual şəkildə üzə çıxır. Yeni dünya nizamında köklü dəyişikliklərin getdiyi bir vaxtda yaranmış şans bu istiqamətdə addımların atılmasını zəruri edir.
Dünya durumunda baş verən dəyişikliklər vaxtilə əsarət altına düşmüş, haqqı tapdanmış xalqlara öz müstəqilliklərini bərpa etməyə, haqqını özünə qaytarmağa imkan verir. Belə bir məqam müasir dövrdə yaşanır. Azərbaycan da öz siyasi müstəqilliyini bərpa etdikdən sonra inkişaf edir, dünya miqyasında özünəməxsus yeri tutur. Qarabağ müharibələrinin yekunu olaraq Azərbaycanın bütün sərhədləri daxilində süverenliyini təsdiq etməsi, beynəlxalq aləmdə haqqının tanınmasına nail olması, dünya iqtisadi məkanında layiqli yerini tutması onun düzgün istiqamətdə inkişaf etdiyinin aşkar sübutudur.
Bu gün dünyada Azərbaycanın maraqları, halal haqqı ilə hesablaşırlar. Onun maraqlarına münasibətdə ikili yanaşma standartları hər addımda müşahidə edilsə də, Azərbaycanın möhkəm mövqeyi, qəti iradəsi sayəsində yekun olaraq haqqı tanınır.
Biz tarixi torpaqlarımızda Rusiya imperiyasının və Sovet rejiminin yaratdığı Ermənistanda tariximizə, mədəniyyətimizə, yer adlarımıza, abidələrimizə qarşı düşmənçiliyin qatı nümunələrindən birini görürük. Buna görə də həmin məsələlərin qaldırılması, işıqlandırılması, dünyaya çatdırılması, yaddaşlarımıza həkk olunması həmin ərazilərə qayıdış üçün vacib şərtlərdəndir.
“Qərbi Azərbaycana qayıdış haqqı” layihəsi şərçivəsində aparılan araşdırmalarda türk-müsəlman əhalinin yaşadığı ərazilərə ermənilərin köçürülməsi, yerləşdirilməsi, onun mərhələləri işıqlandırılır və əsl məqsədləri ortaya qoyulur. Bu da regionda Rusiyanın yüzilliklər ərzində apardığı məkrli siyasətin mahiyyətini dərk etməyə, həyatın bütün sahələrində erməni amilindən istifadə edilməklə yeridilən daçıdıcı əməlləri ifşasına imkan verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Avqust 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri