Icma.az
close
up
RU
Yeni əsrin təhdidi: “Hibrid müharibə”

Yeni əsrin təhdidi: “Hibrid müharibə”

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Ötən əsrin 80-ci illərində gələcəyin proqnozu verilərkən məhz XXI əsrin 20-ci illərinin bəşəriyyətə çox böyük fəlakətlər gətirəcəyi söylənilirdi. Bəlkə də 3-cü dünya müharibəsinin məhz bu illərə təsadüf edə biləcəyi də istisna edilmirdi. Müharibənin xarakterinə gəlincə  onun mahiyyətinin insanlığa böyük fəlakətlər bəxş edə biləcəyi haqda proqnozlar da ürəkaçan deyildi. Belə bir deyim də var idi ki, 3-cü dünya müharibəsinin necə olacağını bilmirik, amma deyəsən 4-cü dünya müharibəsi oxnan, kamannan olacaq. Elə bu fikir gələcəkdə insanlığı gözləyən fəlakətin necə dəhşətli olmasından xəbər verirdi. 

Gəldik çatdıq XXI əsrin 20-ci illərinə.  Deyilənlərdə həqiqət olduğunu dana bilmərik. Ötən əsrin sonlarında həyatımıza daxil olan internet artıq insanların yeganə yaşayış yeri olan planetin heç də əlçatmaz olmadığını  bizə göstərdi. Hörümçək toru kimi planeti bürüyən internetin xəbər yayma gücü çap mediasını bir anda arxa plana atdı. Rəqəmsallaşma xəbərləri anında dünyanın bu başından o başına apardı. Sosial media, sosial tv kanalları bütün təşəbbüsü öz əlinə aldı. Rəqəmsallaşma həyatımızın bütün sahələrinə daxil oldu. XXI əsr insanı az qala hər gün bu sahədə olan yeniliklər, irəliləmələrlə üz-üzə qaldı. Süni intellet həyatımıza daxil oldu. Təbii ki, bu yeniliklər hərb sənayesindən də yan keçmədi.

Elm və texnologiyaların sürətli inkişafı müharibə   anlayışına  bir çox yeni çalarlar əlavə etdi.  İnformasiya texnologiyaları əsrində aparılan müharibələr həm də informasiya məkanını əhatə etdiyi üçün məhz virtual müharibələr yeni terminin – “hibrid müharibə” anlayışının meydana gəlməsinə səbəb oldu.

Hibrid müharibə termini 21-ci əsrin ilk onilliyində daha çox istifadə edilməyə başlandı. Aimlər belə deyirdilər:“Dördüncü nəsil müharibə geniş yayılıb, ancaq əsasən izah edilmədiyi görünür. Müharibə və sülh arasındakı fərqlər demək olar ki, yox olur. Bu, arasında xətlər olmayan bir vəziyyətə gətirəcək, bəlkə də heç bir döyüş bölgəsi və cəbhə olmayacaq. Həm də ‘mülki’ və ‘hərbi’ arasındakı fərq də yox ola bilər”.

Deməli, dördüncü nəsil müharibəsi “düşmən silahlı qüvvələrini darmadağın edərək qalib gəlməyə çalışmır”. Bunun əvəzində dezinformasiya kampaniyaları düşmənin siyasi iradəsinə birbaşa hücum edir.

44 günlük Vətən müharibəsində müasir döyüş taktikaları  məharətlə tətbiq edildi. Pilotsuz uçuş aparatlarından Azərbaycan ordusu dağlıq ərazilərdə o qədər peşəkarcasına istifadə etdi ki, dünya buna heyran qaldı. Bu müharibədə istifadə olunan hərbi döyüş texnikaları demək olar ki, rəqəmsal texnologiyaynan idarə olunurdu  və Azərbaycan ordusu öz sıralarında rəqəmsal texnologiyanı bilən belə yüksək kadrlar yetişdirməyə nail olmuşdu. 2020-ci il Qarabağ müharibəsi öz qələbəsi ilə hamını heyrətləndirdi.

Torpaqlarımız işğaldan azad oldu. Lakin, dünya bu qələbə ilə  razılaşdımı? Təəssüf ki, dünya bütün məsələlərdə olduğu kimi burada da öz ikili siyasətindən əl çəkmədi. “Erməni sevgisi “ dünyaya imkan vermir ki, ədalətnən danışsın, işğalçıya işğalçı desin.  Qələbədən sonra baş verənlər məhz, dünyanın bizimlə apardığı hibrid müharibəsidir deyə bilərik.  Hibrid müharibəsində konkret olaraq cəbhə xətti yoxdur. Bu atəşsiz müharibədir. Birbaşa insanların şüuruna hesablanıb, döyüş xətti insanların şüurundan keçir. Əvvəlki müharibələrdə tərəflər torpaq itirirdi, indi isə ideoloji immunitetini itirir.  Bu müharibə informasiya və ideoloji müharibədir  ki, onun qurbanları realdır: milli kimlik, ictimai həmrəylik və mədəni davamlılıq. Bütün dünyanı bürüyən “informasiya müharibəsinə”  ideoloji təhdid də deyirlər.Təəssüf ki, bu bir bənzətmə deyil reallıqdır və məktəb partasından başlayaraq ən ali idarəetmə orqanlarında belə hiss olunur.

İdeoloji, hibrid təhdid güc mərkəzlərinin işləyib hazırladıqları konsepsiyaların  media vasitələri, sosial şəbəkələr, seriallar, saxta sənədli filmlər vasitəsi ilə toplumlara sırıdılmasıdır. Məqsəd isə birdir: cəmiyyətin daxili dayanıqlığını sıradan çıxarmaq, xalqın mənəvi və psixoloji dayaqlarını çökdürmək. Təssüf ki, qapalı dini qruplar da bu təhdidin daşıyıcılarıdır. Kompüter oyunları, musiqi trendləri, NFT-lər, hətta proqramlaşdırma vasitəsi ilə  gənclərin mənəvi boşluqları istismar edilir. Nəticədə insanlar öz milli və mədəni dəyərlərindən uzaqlaşırlar.  “Wi-Fi” kifayətdir ki,  ideoloji hücum təhsilə, mədəniyyətə, modaya, yumora və gündəlik xəbərlərə sızsın.  Bu təhdidlər görünməzdir və gec üzə çıxır. Təsiri illər sonra hiss olunur: ailə dəyərləri sıradan çıxır, vətənpərvərlik lağ obyektinə çevrilir, cəmiyyət fərdi egoizmlərə bölünür – kollektiv məsuliyyət hissi yox olur.

Ötən əsrin sonlarından beynəlxalq təhlükəsizlik sistemində yaranan problemlər üzə çıxmağa başladı. Bosniyada, Qarabağda, Kosovada, Ruandada və dünyanın başqa yerlərində dəhşətli hadisələr baş verdi, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədildi. Qlobal təhlükəsizlik sisteminin çökməsi, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumların öz funksiyalarını normal yerinə yetirə bilməməsi və tədricən deqradasiyaya uğraması da problemin başlıca səbəblərindəndir. Təsadüfi deyil ki, son illərdə qlobal miqyasda islahatlar aparılmasının zəruriliyi müxtəlif səviyyələrdə vacib hesab edilir.

İdeoloji təhdidləri  nəzərə almamaq  artıq bütün bəşəriyyəti öz ağuşuna almış bir müharibədə könüllü olaraq silahsız qalmaq deməkdir.

Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırıl­mış yalan məlumatdır, mahiyyətində mən­fur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.  Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərdən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. Bu baxımdan “saxta xəbər”, “dezinformasiya” dünya üçün yeni fəlakət adlandırılır.

Azərbaycan da qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən ölkələr sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirir.

Rəqəmsallaşma çoxsaylı faydalar və dəyişikliklər gətirsə də, həll edilməli olan mühüm problemlər də təqdim edir. Bu problemlər məxfilik, təhlükəsizlik, iqtisadi bərabərsizliklər və sosial təsirlər də daxil olmaqla müxtəlif sahələri əhatə edir. Bütün bunlar gələcək fəaliyyətlərdə ciddi surətdə nəzərə alınmazsa bu təhdidlərin qarşısında nəinki bir ölkə bütün dünya aciz qala bilər.

Elmira Mehdiyeva

 Yazı “Yeni Fikir” JHİB-nin həyata keçirdiyi “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində hazırlanmışdır

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see286

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see276

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see273

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see238

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see233

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see232

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see228

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see226

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see223

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see211

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see205

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see204

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see203

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see195

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see192

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see192

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see188

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see187

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see182

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri