Ferrari ilk tam elektrik avtomobili “Luce”ni təqdim etdi
Lent az saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın lüks idman avtomobili istehsalçısı Ferrari ilk tam elektrik avtomobili olan “Luce” modelini təqdim edib.
Lent.az xəbər verir ki, şirkət daxiliyanma mühərrikli klassik modelləri ilə tanınsa da, elektromobil bazarına giriş etməklə yeni mərhələyə keçdiyini göstərir.
“Luce” (italyanca “işıq” deməkdir) dörd qapılı və beş nəfərlik modeldir. Avtomobil keçmiş “Apple” dizayneri Coni İve və onun “LoveFrom” dizayn komandası ilə birgə hazırlanıb.
Modelin qiyməti təxminən 550 min avro olacaq və ilk müştərilərə çatdırılmasının 2026-cı ilin sonlarında başlanması planlaşdırılır.
Yeni elektromobil 310 km/saatdan çox maksimal sürətə, 1000 at gücündən artıq gücə malikdir. Ferrari bildirir ki, avtomobildə ənənəvi mühərrik səsini imitasiya etmək əvəzinə, elektrik sisteminin real vibrasiyalarını gücləndirən xüsusi texnologiyadan istifadə olunub ki, sürücülər klassik Ferrari hissini qismən yaşaya bilsinlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 26 May 2026 05:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















