Icma.az
close
up
RU
Yeni geosiyasi gərginlik: Avropa Trampın Ukrayna strategiyasını qəbul etmir

Yeni geosiyasi gərginlik: Avropa Trampın Ukrayna strategiyasını qəbul etmir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Avroatlantik məkan yeni geosiyasi gərginlik dövrünə qədəm qoyarkən, ABŞ-də hakimiyyət dəyişikliyinin mümkün nəticələri Avropa paytaxtlarında ciddi narahatlıq yaradır.

Donald Trampın Ukrayna müharibəsi ilə bağlı irəli sürdüyü yeni plan Avropa İttifaqında həm siyasi, həm də təhlükəsizlik baxımından dərin müzakirələrə səbəb olub.

Brüsseldə hesab edirlər ki, Vaşinqtonun yeni xətti yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın gələcək təhlükəsizlik arxitekturasını dəyişə bilər.

Bu fon isə Aİ rəhbərliyini mövqeyini sərtləşdirməyə və ABŞ ilə dialoqda daha qətiyyətli davranmağa vadar edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Donald Trampın Ukrayna ilə bağlı son planı Avropa ölkələri tərəfindən qəbul edilə biləcək bir sənəd deyil:

"Ursula fon der Leyen də açıqlamasında vurğuladı ki, Ukraynanın ərazi bütövlüyünə hörmət göstərilməlidir. Bu səbəbdən Avropa İttifaqı ölkələrinin nazirlərinin növbəti iclasında əsas müzakirə mövzusu məhz planın dəyişdirilməsi və Ukraynanın ərazi bütövlüyünün tanınması olacaq".

Kazım Kazımov: Avropa çalışır ki, mövqesərgiləyərək Vaşinqtonu bu məsələdə öz tərəfinə çəksin

Avropa İttifaqı hesab edir ki, əgər müharibə Rusiyanın diktə etdiyi şərtlərlə başa çatsa, Moskvanın iştahı daha da artacaq və Şərqi Avropa ölkələrinə qarşı yeni irredentist addımlar ata bilər. Bu, Avropa paytaxtlarında ciddi narahatlıq doğurur.

"1945-ci ildən sonra ABŞ və NATO-nun təhlükəsizlik çətiri altında özlərini nisbətən rahat hiss edən Avropa ölkələri artıq bu vəziyyətin dəyişdiyini anlayırlar. Onlar görürlər ki, Vaşinqtonla Moskva arasında tarixdə görünməmiş dərəcədə birbaşa dialoq formalaşır və bu dialoq heç də Avropa üçün arzuolunan deyil. Buna görə də Avropa ölkələri çalışırlar ki, öz mövqelərini sərgiləyərək Vaşinqtonu bu məsələdə öz tərəflərinə çəksinlər. Lakin bunun nə dərəcədə uğurlu olacağı hələlik məlum deyil",- deyə Kazım Kazımov bildirib.

Sonda müsahibimiz vurğulayıb ki, ABŞ-nin vergi və rüsum siyasətinə, eləcə də Trampın “Avropa ölkələri NATO-ya daha çox töhfə verməlidir” mövqeyinə nəzər saldıqda, Vaşinqton və Brüssel arasında ciddi fikir ayrılıqlarının mövcud olduğu görünür:

"Bununla belə, əgər tərəflər ortaq yol tapa bilsələr, müəyyən mənada Vaşinqtonun Avropanın istəklərini yenidən gündəmə gətirməsi mümkündür".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri