Yeni hədəflər ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcəkdir
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Cari ilin yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşüvirə keçirilmişdir. Müşavirədə əhalinin dayanıqlı içməli su ilə təmin edilməsi, kənd və şəhərlərdə mövcud problemlərin aradan qaldırılması, eləcə də uzunmüddətli strateji yanaşmalar müzakirə olundu.
Tədbirdə dövlətimizin başçısı ölkəmizdə su təchizatının yaxşılaşdırılması, bu sahədə görülən işlərin cari vəziyyəti və qarşıda duran vəzifələr barədə proqram xarakterli çıxış etdi. Cənab Prezident çıxışında son illərdə dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlığın hökm sürdüyünü və bir çox ölkələrin bundan zərər gördüyünü xüsusi vurğulamış və qeyd etmişdir ki, müasir dövrdə su mənbələri hər bir ölkə üçün çox önəmlidir. İşğaldan azad edilmiş ərazilərimizdə mövcud su ehtiyatlarının əhəmiyyətindən bəhs edən dövlətimizin başçısı qeyd etmişdir ki, həmin su mənbələri Azərbaycan ərazisində formalaşdığı üçün başqa ölkələrdən asılılığın azaldılmasına mühüm töhfə verir. Cənab Prezident çıxışında həmçinin su ehtiyatlarının səmərəli idarə olunmasının ölkənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq qeyd etdi ki, son illər ərzində regionların sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib, lakin su təchizatı sahəsində hələ də operativ həllini gözləyən məsələlər mövcuddur. Müşavirədə ölkənin müxtəlif bölgələrində içməli su və kanalizasiya sistemlərinin yenilənməsi ilə bağlı görülən işlərə dair hesabatlar dinlənilib. Prezident xüsusilə Bakı və Abşeron yarımadasında su təminatının yaxşılaşdırılmasının prioritet məsələ olduğunu bildirib və bu sahədə icraçı qurumlara konkret tapşırıqlar verib. Layihələrin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Dövlətimizin başçısı çıxışında xüsusi olaraq su itkilərinin azaldılması, mövcud infrastrukturun modernləşdirilməsi, yeni su mənbələrinin istismara cəlb edilməsi və alternativ həll yollarının tətbiqi məsələlərinə də toxunub. O, bu sahədə şəffaflığın təmin olunmasının, ayrılan vəsaitlərdən səmərəli istifadə edilməsinin zəruriliyini xüsusi vurğulayıb.
Müşavirənin sonunda Prezident İlham Əliyev su təchizatı layihələrinin icrasına nəzarətin gücləndirilməsi, regionlar üzrə konkret fəaliyyət planlarının hazırlanması və əhalinin müraciətlərinə operativ yanaşma göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Qeyd olunub ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və su təchizatı məsələsi daim diqqət mərkəzində saxlanılacaq.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 16 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















