Icma.az
close
up
RU
Yeni hədəflərə çatmaq üçün qarşıda böyük vəzifələr durur

Yeni hədəflərə çatmaq üçün qarşıda böyük vəzifələr durur

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, yeni tarixi mərhələdə ölkəmiz qarşısında dayanan strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra ilk dəfə keçirilməsi isə yeni reallıqlar şəraitində Azərbaycanın siyasi qüdrətini, o cümlədən YAP-ın , Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi proseslərdə aktiv iştirakını nümayiş etdirdi. Qurultay bu baxımdan son 5 ildə ölkəmizdə baş verən ictimai-siyasi, iqtisadi prosesləri təhlil edərək yeni inkişaf gündəliyinin və ideoloji-siyasi kursun müasir prioritetlərinin müəyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu barədə YAP üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. 

A.Hüseynov qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı tədbirin əsas siyasi məzmununu müəyyənləşdirdi. Dövlət başçısı YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək partiyanın fəaliyyətinin və siyasi xəttinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya qoyulmuş yeni hədəflərə çatmaqda fəaliyyətin daha da gücləndirilməsi əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır: “Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş siyasi və hərbi nəticələrin davamlılığını təmin etmək, ölkənin təhlükəsizliyini və müdafiə qabiliyyətini daha da gücləndirməkdir. Özünün iqtisadi potensialını daim gücləndirən Azərbaycan yeni geoiqtisadi  reallıqlar şəraitində hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün hərbi-iqtisadi imkanlarını daha da artırmağı mühüm prioritetlər olaraq saxlayacaq”.

A.Hüseynov bildirib ki, son illərdə demokratik dövlət quruculuğu kursuna uyğun olaraq ölkəmizdə dərin islahatlar aparılır, savadlı və intellektual, yaradıcı gənc kadrlar idaretmədə və ictimai-siyasi proseslərdə irəli çəkilirlər.    Cənab Prezident gənclərə böyük etimad göstərir, parlamentdə, siyasi strukturlarda onların təmsil olunmasına geniş şərait yaradır. Ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında hər zaman yeni çağırışların fəlsəfəsinə uyğun olaraq yenilikçi, gənc kadrlara yer verilib. Bu konteksdən gələcək vəzifələr arasında təşkilati fəaliyyətin təkmilləşdirilməsi, yerli strukturların fəallığının artırılması, ictimai əlaqələrin genişləndirilməsi və yeni informasiya vasitələrindən daha səmərəli istifadə kimi istiqamətlərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Ona  görə də, siyasi təşkilatların gənclərlə münasibətlərində yalnız ənənəvi təşkilati metodlarla kifayətlənməməsi, onların maraq və gözləntilərini nəzərə alması vacib məsələlərdən biridir. Eləcə də gənclərin ideoloji proseslərdə daha fəal iştirakı, şablonçuluqdan yenilikçi yanaşmalara əsaslanan kursa keçmələri vacib amillərdən biridir. 

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri