Icma.az
close
up
RU
Ermənistanı sülhə məcburetmə: Rəsmi Bakı İrəvanı bu cür sıxışdıra bilər Nahid Canbaxışlı yazır

Ermənistanı sülhə məcburetmə: Rəsmi Bakı İrəvanı bu cür sıxışdıra bilər Nahid Canbaxışlı yazır

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

2020-ci il 44 günlük Vətən Müharibəsinin ardından Ermənistanın kaputuliyasiya aktını imzalaması və üçtərəfli (Azərbaycan – Rusiya – Ermənistan) sazişilə rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqda davam edir.

2023-cü il antiterror əməliyatlarının ardınca, Ermənistan rəhbərliyinin Azərbaycanın sülh çağrışlarına yanaşması bir qədər dəyişsə də, Nikol Paşinyan iqtidarı Fransanın diqtəsi ilə yenə də bölgədə sülhdən qaçdı.

Ermənistanı sülh sazişini imzalamağa necə məcbur etməliyik?

Bir sıra xarici və yerli analtiklər hesab edirlər ki, rəsmi Bakı İrəvan üzərində təyziqlərin artırılmalı. Həmçinin Azərbaycan beynəlxalq təşkilatları prosesə cəlbinə nail olmalıdır.

Bəzi siyasi təhlilçilər isə hesab edirlər ki, Azərbaycan-Ermənistan arasında birbaşa danışıqların davam etdirməklə bərabər, lazım gələrsə üçüncü tərəflərin vasitəçiliyini də gündəmə gətirə bilər.

Misal üçün: Avropa İttifaqı və ya Türkiyənin proseslərdə iştirakına müəyyən qədər imkanlar yarana bilər.

Qeyd edək ki, hazırda Ermənistanla birbaşa əmkdaşlıq mövcuddur və bu əsasən sərhədlərin müəyyənləşməsi də dəqiqləşdirilməsi istiqamətindədir. Hərbi analtiklər isə, Ermənistanın sülüh müqaviləsinin imzalanmasına məcbur edilməsi istiqamətində atılmalı addımlardan biri kimi, ordunun gücləndirilməsinin, Azərbaycan ordusunun hərbi-texniki potensialının daim inkişaf etdirilməsinin, Ermənistanın təxribatlarının qarşısını almaq üçün güclü müdafiə və hücum imkanları saxlanılmasının vacib olduğunu qeyd edirlər.

Təhlilçilər hesab edirlər ki, sərhəd təhlükəsizliyi çox mühümdür. Azərbaycan Ermənistanın edə biləcəyi bütün təxribatlarının qarşısını almaq üçün sərhədində təhlükəsizlik tədbirlərini gücləndirməli, Ermənistanın mümkün təxribatlarının qarşısını almalıdır.

ABŞ və avropalı siyasilər hesab edir ki, kommunikasiyaların açılması ilə Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur edə bilər. Bu, həm Ermənistan üçün iqtisadi fayda gətirə bilər, həm də regional inteqrasiyanı sürətləndirə bilər. İqtisadçı ekspertlər hesab edirlər ki, Ermənistanın Azərbaycanın iqtisadi resurslarına ehtiyacı var və Cənubi Qafqazın əsas lideri olan Azərbaycanla iqtisadi əməkdaşlıq Ermənistan üçün hava-su qədər vacibdir.

Qərb iqtisadi təhlilçilərinə görə, Ermənistan Rusiyanın iqtisadi təyziqlərindən qurtulmaq, müstəqil siyasət yürütmək istəyirsə, regional iqtisadi əməkdaşlıq istiqamətində Azərbaycan və Türkiyə ilə gecikmədən addımlar atmalıdır.

Bəs Ermənistan sülh sazişinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü şərtlərə əməl etməyib, özünün avantürist və müharibə ritorikası ilə zəngin siyasətə baş vurmağa cəhd edəcəyi təqdirdə nə kimi addımlar atılmalıdır?

İlk olaraq, rəsmi Bakının Ermənistana qarşı sanksiya və hüquqi təyziqlər mexanizimindən də yararlanma imkanlarının mövcud olduğu sirr deyil. Ekspertlər hesab edirlər ki, insan hüquqları və Qarabağdakı reallıqlar fonunda, Azərbaycan humanitar və hüquqi müstəvidə Ermənistanın manipulyasiyalarını onsuz da ifşa etməklə bərabər, eyni zamanda bölgədəki real vəziyyət haqqında beynəlxalq ictimaiyyəti kifayət qədər məlumatlandırıb. Ermənistanın anlaması vacibdir ki, sülh müqaviləsi imzalanmasa, o, həm siyasi, həm də iqtisadi cəhətdən təcrid olunacaq və inkişaf edə bilməyəcək.

Bütün bu addımlar sistemli şəkildə həyata keçirilməlidir ki, Ermənistan məcburən sülh müqaviləsini imzalamağa razılaşsın.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri