Icma.az
close
up
RU
Yeni il gecəsi Berlində iğtişaşlar törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir AZƏRTAC

Yeni il gecəsi Berlində iğtişaşlar törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 7 yanvar, AZƏRTAC

Yeni il gecəsi Berlində iğtişaşlar törədən şəxslərin müəyyənləşdirilməsi və onların əməllərinə hüquqi qiymət verilməsi istiqamətində araşdırmalar davam etdirilir.

AZƏRTAC xəbər verir ki, son açıqlanan rəqəmlərə görə, Yeni il gecəsi ümumilikdə 1453 cinayət əməli törədilib və hadisələrin iştirakçısı olmaqda şübhəli bilinən 670 nəfər müəyyən edilib. Həmin şəxslərin 264-nün Almaniya vətəndaşlığı yoxdur. Almaniya vətəndaşlığı olan digər 406 nəfərin neçəsinin əslən hansı ölkələrdən olduğu açıqlanmayıb. Şübhəli bilinən əcnəbilər arasında türk, suriyalı və əfqanlarla yanaşı, müxtəlif ölkələrdən olan şəxslər də var.

Ümumilikdə Yeni il gecəsi 241 xəsarət faktı qeydə alınıb. Pirotexniki vasitələrdən istifadə nəticəsində 363 nəfər xəsarət alıb. Polis əməkdaşlarına və səhiyyə işçilərinə ümumilikdə 58 hücum olub. Polis əməkdaşlarına hücumda şübhəli bilinənlərdən 40-nın şəxsiyyəti müəyyənləşdirilib. Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə nəticəsində 5 nəfər həlak olub.

Ölkənin siyasi dairələrində və ictimaiyyət arasında geniş narazılığa və hiddətə səbəb olan bu hadisə ilə bağlı fəal müzakirələr aparılır, atəşfəşanlığın qadağan edilməsi tələbi irəli sürülür. Müxtəlif partiyalardan olan siyasətçilər ictimai asayişin pozulmasına, eləcə də polis əməkdaşlarına, yanğınsöndürənlərə və tibb işçilərinə hücumlara görə cəzaların sərtləşdirilməsinin zəruriliyini bildirirlər. Daxili işlər naziri Nensi Fezer bir neçə gün əvvəl açıqlamasında belə hücumlara görə beş il müddətinə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsinin vacibliyini vurğulamışdı. Həmçinin iki milyon nəfərdən çox insanın imzaladığı, pirotexniki vasitələrin istifadəsinin, atəşfəşanlığın qadağan edilməsini nəzərdə tutan petisiya ölkənin Daxili İşlər Nazirliyinə təhvil verilib.

İğtişaşlarla bağlı polis araşdırmaları davam etdirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 05:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri