Icma.az
close
up
RU
Yeni il səfərləri bahalaşır Turizm ekspertindən sərfəli seçim məsləhətləri

Yeni il səfərləri bahalaşır Turizm ekspertindən sərfəli seçim məsləhətləri

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bildiyimiz kimi, artıq yeni il tətilinə sayılı günlər qalıb. İnsanlar isə həm istirahət, həm də bayramı qeyd etmək üçün rayonlara getməyə üstünlük verirlər. Yeni ili qeyd etmək üçün başqa ölkəyə gedənlərin də sayı az deyil.

Bəs insanlar bayramı qeyd etmək üçün uyğun qiymətli ölkə seçmək istəyərkən əsas hansı nüanslara fikir verməlidir?

Redaktor.az-ın sualına cavab olaraq turizm eksperti Rəhman Quliyev bildirdi ki, artıq Yeni ilə sayılı günlər qalıb və bununla bağlı regionlarda fəaliyyət göstərən hotellərdə doluluq səviyyəsi artdıqca, qiymətlərin də yüksəlməsi qaçılmazdır:

"Hotellər satış siyasətlərinə uyğun olaraq qiymətləri tənzimləyirlər. Adətən aşağı kateqoriyalı otaqlar daha tez satılır və nəticədə yalnız üst kateqoriyalı otaqlar qalır ki, onlar da təbii olaraq daha baha olur. Ümumiyyətlə, istər ölkə xaricinə, istərsə də bölgələrə səfər edərkən daha öncədən rezervasiya etmək məqsədəuyğundur. Hazırda tələbat xeyli artıb, çünki qış tətili zamanı insanlar kütləvi şəkildə səyahət edir, dövlət və özəl sektor müəssisələri Yeni il tətilinə çıxır. Buna görə də səyahəti əvvəlcədən planlaşdırmaq həm seçim baxımından, həm də qiymət baxımından daha sərfəli olur".

Mütəxəssis qeyd etdi ki, ölkə xaricinə səfərlər üçün Azərbaycan Hava Yollarının uçduğu istiqamətlər hazırda daha uyğundur, çünki AZAL mütəmadi olaraq endirimlər təqdim edir və biletləri vaxtında almaq bu endirimlərdən yararlanmağa imkan verir:

"Şirkət İstanbul, Sankt-Peterburq, Moskva, Dubay, Doha və Orta Asiyanın mərkəzi şəhərləri ilə yanaşı, Batumi, Trabzon, eləcə də Berlin, Milan və Praqa kimi Avropa şəhərlərinə uçuşlar həyata keçirir. Avropa səfərləri üçün viza məsələlərinin vaxt apardığını nəzərə almaq lazımdır. Şengen vizası bir aydan çox çəkə bildiyi üçün səfəri planlaşdıranların bir neçə ay öncədən müraciət etməsi daha düzgün addımdır. Bu həm vizanın vaxtında alınmasına, həm də bilet qiymətlərinin daha sərfəli olmasına kömək edir. Mövcud qlobal vəziyyət, dünyada baş verən siyasi gərginliklər və müxtəlif intriqalar da səyahət planlaşdırarkən nəzərə alınmalıdır. Təhlükəsizlik məsələləri ön planda olmalı, vətəndaşlar getdikləri ölkələrdə hər hansı problem yaşamamaq üçün seçimlərini ehtiyatla etməlidirlər. Bundan əlavə, səyahət sığortası almaq da mütləqdir. Çünki xarici ölkədə baş verə biləcək hər hansı gözlənilməz hadisə zamanı sığorta vətəndaşın təhlükəsizliyini təmin edir və yaranan vəziyyətdə lazımi dəstəyi almağa imkan verir", - deyə Rəhman Quliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:474
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri