Icma.az
close
up
RU
Turizm biznesindən necə davamlı gəlir əldə edək? BİZNES MƏSLƏHƏTLƏRİ

Turizm biznesindən necə davamlı gəlir əldə edək? BİZNES MƏSLƏHƏTLƏRİ

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın turizm sektorunda ən aktiv dövr hesab olunan yay mövsümü artıq başa çatmaq üzrədir. Sentyabr ayının ikinci yarısı ilə birlikdə çimərlik və yay istirahətinə əsaslanan turizm obyektlərində qonaq axını azalır. Lakin bu vəziyyət heç də passiv dövrə keçid və ya gözləmə rejiminə keçmək demək deyil. Əksinə, hazırda sahibkarlar üçün ən mühüm strateji qərarların verilməsi, biznes fəaliyyətinin illik planlamaya uyğunlaşdırılması və xidmətlərin rəqabətədavamlı şəkildə yenilənməsi üçün olduqca əlverişli bir mərhələdəyik.
Ənənəvi olaraq Azərbaycanda turizm fəaliyyəti daha çox yay mövsümünə yönəldilmiş olsa da, ölkəmizin təbiəti, coğrafiyası və mədəni potensialı ilin bütün fəsillərində turizm üçün əlverişli imkanlar təqdim edir. Bu imkanlardan səmərəli istifadə etməyən sahibkarlar illik gəlir potensialının böyük bir hissəsini itirirlər. Bəs, nə etməliyik? Bunun üçün ilk npvbədə fəaliyyət modeli düşünülməlidir. Yalnız yay aylarında gəlir gətirən biznes modeli uzunmüddətli və dayanıqlı deyil. Sahibkarlar payız, qış və yaz mövsümləri üçün də xidmət paketləri formalaşdırmalıdır. Məsələn, payız üçün təbiət gəzintiləri, kənd turizmi, regional kulinariya festivalları keçirilə bilər.  Qış fəslində təbii ki, xizək və dağ turizmi, spa və sağlamlıq xidmətləri göstərmək mümkündür. Baharda ekoturizm, Novruz ənənələrini əhatə edən mədəni turlar təşkil edilə bilər. 
Xidmətlırin fərqləndirilməsi isə çox vacibdir. Bugünkü turist təkcə yerləşmə və qida ilə kifayətlənmir. Onlar təcrübə və fərqlilik axtarır. Bu baxımdan yerli mədəniyyətə əsaslanan turlara - aşpazlıq master-klasslarına, yerli ailələrdə qonaqlamağa üstünlük verilməlidir. Tematik tur paketləri - taruxi marşrutlar, incəsənət turları, botanika gəzintiləri maraq doğurar. Ailəvi, korporativ, cütlüklər və fərqli auditoriyalar üçün fərqli xidmət paketləri də təklif edilə bilər. 
Belə bir şəraitdə turistləri cəlb etmək üçün qiymət siyasətinə yenidən baxılmalıdır. Bazarda qiymət rəqabəti aparmaq üçün bəzən sahibkarlar xidmətin dəyərini azaltmaq yolunu seçirlər. Bu, uzunmüddətli perspektivdə zərərlidir.  Əsas diqqət "ucuz xidmət" yox, dəyərli təklif üzərində olmalıdır. Dinamik qiymət siyasəti tətbiq olunmalıdr. Mövsümdənkənar dövrlərdə paketlərə əlavə dəyərlər- endirimli restoran kuponları, ödənişsiz transfer, əlavə tur xidməti və s. daxil edilməlidir.
Turizm sektorunda rəqəmsal platformalarda aktivlik artırılmalıdır. Çünki müasir turistlərin əksəriyyəti səyahətlərini internet vasitəsilə planlaşdırır. Bu səbəbdən vebsayt yaradılmalı, onlayn bron və ödəniş funksionallığı təmin edilməlidir. Sosial media kanalları - Instagram, Facebook, TikTok aktiv şəkildə idarə olunmalıdır. Üstəlik, Booking.com, Airbnb, TripAdvisor kimi beynəlxalq platformalarda təmsilçilik gücləndirilməlidir.
Daha bir vacib məqam isə turizmdə şəffaflığın və idarəetmədə dayanıqlılığn təmin olunmasıdır.  Bir çox turizm obyektlərində qeydiyyatsız fəaliyyət, əmək müqavilələrinin olmaması və ya vergi öhdəliklərinin yerinə yetirilməməsi müşahidə olunur. Bu isə sahibkarı hüquqi risklərə məruz qoyur və biznesin böyüməsinə mane olur. Müəssisələrin hüquqi statusu tam rəsmi qaydada qeydiyyatdan keçməli, əmək  müqavilələri bağlanmalıdır. Mühasibat uçotu şəffaf şəkildə aparılmalıdır.
Əslində, yay mövsümünün bitməsi sahibkarlar üçün yeni imkanlar dövrünün başlanğıcıdır. Gələn mövsümə hazırlıq, təlim, bazar araşdırması, məhsul və xidmətin yenilənməsi baxımından bu mərhələ qızıl fürsət hesab oluna bilər.
Azərbaycan turizminin potensialı yalnız bir mövsümlə məhdudlaşmır. İlin dörd fəslini əhatə edən, milli kimliyimizi və təbiətimizin gözəlliyini təqdim edən turizm modeli sahibkarlara həm daha sabit gəlir, həm də uzunmüddətli inkişaf perspektivi qazandıra bilər.
Çinarə Ağayeva, 
Biznes məsləhətçi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri