Icma.az
close
up
RU
Yeni il yaxınlaşır: Otel qiymətləri keçən illə müqayisədə necədir? AÇIQLAMA

Yeni il yaxınlaşır: Otel qiymətləri keçən illə müqayisədə necədir? AÇIQLAMA

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni ilin yaddaqalan olmasını istəyən vətəndaşlar adətən bölgələrə üz tuturlar.

Amma yaradılan şərait göz oxşadığı qədər qiymətlər də bir o qədər gözalıcıdır. Xüsusilə turizm bölgələrində fəaliyyət göstərən hotellərin Yeni il qiymətləri indidən bəllidir.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Yeni il paketi təklif edən Şuşa, Xankəndi, Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən hotellərdəki məbləğləri araşdırıb. Məlum olub ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən bəzi hotellərdə artıq yer yoxdur. Burada 2 nəfər üçün 1 900 manata təklif edilən yerlər də var.

Qusardakı bəzi hotellərdə isə minimum 3 gecələmə olmalıdır. 2 nəfərə tələb edilən qiymət isə 5 100 manatdır. Bura səhər, axşam yeməyi və şou-proqram daxildir. Kifayət qədər yüksək olan qiymətlər barədə ekspertlər nikbin düşünürlər.

"Mən deməzdim ki, bu il qiymətlər keçənilkindən yüksək olacaq. Hər il bizdə turizm bazarında təkliflərin və xidmətlərin sayı artır. Qiymətlər isə uyğundur", - deyə turizm eksperti Ceyhun Aşurov Baku TV-yə açıqlamasında bildirib.

Ekspertlər deyirlər ki, qiymətləri bazar formalaşdırır. Təklif edilən paketin alıcısı olmasa, satanı da olmaz.


Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, qarşıdan istirahət günləri gəlir: 


“İstirahət günlərində bir həftə qeyri iş günü var. Aydın məsələdir ki, yeni il ərəfəsində insanların səyahətləri çoxalır. İstər ölkə daxilində, istərsə də ölkə xaricinə səfərlər edirlər. Artıq regiondakı otellər və turizm mərkəzləri öz təkliflərini hazırlayıb. Hər bir yerin müxtəlif qiymətləri var. Günlük 150  manatdan, 2000 manata qədər qiymətlərdə mövcuddur. Bu təkliflər keçən ilkinə uyğun olaraq eynidir. Yəni deyə bilmərik ki, bu ilki qiymətlər keçən ildən bahadır. Çünki artıq getmə bazarı da bərpa olunmağa başlayıb. Ölkə daxilində bəzi regionlarda iri otellərdə yeni il şənliyi və s. ziyafət daxil qiymətlər olsa da, eyni zamanda yeni açılan otellər və kənd evləri də təklif olunur. Bu təkliflər müəyyən qədər qiymətin daha da sərtləşməsinin qarşısını alır.. Digər tərəfdən İstanbul, Doha, Dubay və Misirə səyahət, təkliflərinin sayı artıb. Lakin qiymətlər elə də baha deyil. Bu, tam zövq məsələsidir. Bəzi insanlarımız ölkə daxilində istirahətə üstünlük verir, bəziləri isə ölkə xaricinə səfərlər etmək istəyirlər. Hər iki istiqamətdə aktivlik olacaq. Amma qiymətlərin keçən ildən baha olmayacağı gözlənilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri