Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər

Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nazim Cəfərsoy: “Elə nüanslar var ki, bunlar 2025-ci ildə sülh sazişinin imzalanacağına ümidləri azaldır”

Ötən 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı gözləntiləri çox idi. Analitiklərin bir çoxu 2024-cü ili “sülh ili” kimi xarakterizə edirdilər. Bu proqnozlar üçün təbii ki, əsaslar da mövcud idi. Çünki 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu Qarabağda keçirdiyi antiterror əməliyyatı ilıə suverenliyini bütün ərazilərində bərpa etdi. Qarabağda yaşayan təxminən 20 min erməninin bölgəni könüllü şəkildə tərk etməsindən sonra sülh sazişinin imzalanması üçün real şəraitin yetişdiyi düşünülürdü.

Amma sülh sazişi üçün Azərbaycan tərəfinin şərtlərinin, daha doğrusu, iki şərtinin – Ermənistan Konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupunun de-yure ləğvi üçün tərəflərin birgə müraciəti şərtinin İrəvan tərəfindən yerinə yetirilməməsi sülh müqaviləsinin imzalanmamasına zəmin yaratdı.

Artıq 2025-ci ilin ilk günlərini yaşayırıq. Bu il də yekun sülh sazişinin imzalanacağını düşünənlər mövcuddur. Amma pessimist yanaşmalar da mövcuddur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycanlı politoloq, siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy deyib ki, Azərbaycan perspektivindən 2024-cü il ümidli başlamışdı:

- Qarabağ zəfərindən sonra Azərbaycan antiterror əməliyyatları ilə suverenliyini tam bərpa etmişdi. Bundan sonra Azərbaycanın önündə bir neçə əsas məqsəd var. Şübhəsiz ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişidir. 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra düşünülürdü ki, sülh müzakirələri 2024-cü ildə yekunlaşacaq. Bu barədə müsbət proqnozlar mövcud idi. Belə proqnozu verməyə əsas verən addımlar da mövcud idi. Məsələn, ötən il ilk dəfə Ermənistan dinc yolla Azərbaycanın ərazilərini qaytardı, orada delimitasiya və demarkasiya işləri həyata keçirildi. Söhbət Qazaxın işğaldan azad edilən dörd kəndindən və o hissədəki sərhədlərin dəqiqləşməsindən gedir. Bu, çox önəmli hadisə idi.

Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində 2020-ci ildə yerləşdirilmiş Rusiya sülhməramlı missiyasının taleyinin necə olacağı sualları vardı. Bir çox hallarda sülhməramlı kontingentin bölgəni tərk etməyəcəyi bildirilirdi. Amma Azərbaycan diplomatiyasının uğurlu gedişi ilə sülhməramlılar ərazidən çıxarıldı. Hətta bu proses gözlənildiyindən daha sürətli şəkildə baş verdi. Azərbaycan dövləti elə uğurlu xətt seçdi ki, sülhməramlı məsələsi birdəfəlik həll olundu. Sülhlə bağlı da bir çox uğurlu addımlar atılıb. Bəllidir ki, sülh sazişi layihəsinin demək olar ki, 85-90 faizi razılaşdırılıb. Bu, tərəflərin, yəni Bakı və İrəvanın bəyanatlarından bəlli olur. Hesab edirəm ki, 2024-cü ildən sülhlə bağlı gözləntilər tam doğrulmasa da, bu istiqamətdə müsbət addımlıar atılıb. Ümumilikdə, 2024-cü ili sülh prosesində irəliləyiş ili kimi xarakterizə etmək mümkündür.

- Artıq 2025-ci ildəyik və bu ildən sülh gözləntiləri realdırmı?

- Əlbəttə, gözləntilər çoxdur. Xüsusilə də, Azərbaycan cəmiyyətində sülh sazişi ilə bağlı gözləntilər var. Çünki Azərbaycan Ordusunun zəfəri ilə bitən müharibədən 4 ildən çox vaxt keçib. Məntiqlə hər bir müharibə sülhlə yekunlaşmalıdır. Amma mən proqnozlarda, gözləntilərdə bir qədər ehtiyyatlılğın tərəfdarıyam. Çünki pozitiv düşünməyə əngəl olan bir çox məsələlər var. Hazırkı mənzərəyə daha diqqətli, ehtiyyatlı baxılmasından yanayam. Elə nüanslar var ki, bunlar 2025-ci ildə sülh sazişinin imzalanacağına ümidləri azaldır. Baxın, Ermənistan tərəfindən sülh barədə bəyanatlar verilsə də, sürətlə silahlanır. Azərbaycan da müdafiə xərclərini hədsiz dərəcədə artırıb. Görünən odur ki, Azərbaycan dövlətinin idarəedicilərinin fikrincə, 2025-ci il həm Ermənistan faktoru baxımından, həm də regional faktorlar baxımından yetərincə riskli qiymətləndirilir. Üstəlik, riskli il olduğu fikrini dəstəkləyən başqa faktorlar da mövcuddur. Məsələn, Azərbaycanın quru sərhədlərinin açılmamasının real səbəbi təhlükəsizlik göstərilir. Bunu ölkənin birinci şəxsi bir neçə dəfə söyləyib. Addımlar onu göstərir ki, bölgədə optimist olmağa imkan tanımayan motivlər var.

Sülh sazişinin imzalanması həm də rəsmi İrəvanın atacağı addımlardan və erməni cəmiyyətinin təfəkküründə dəyişikliklərdən asılıdır. Biz özümüz-özümüzlə sülh sazişi imzalamırıq, qarşı tərəf var. Sual olunur ki, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti sülhə hazırdırmı?

- Sizcə, rəsmi İrəvan və erməni cəmiyyəti buna hazırdırmı?

- Rəsmi İrəvan hər halda sülh bəyanatları verir, müəyyən razılaşmalara hazır olduğunu bildirir. Digər tərəfdən, silahlanma həyata keçirilir ki, bu da sülhə əngəldir. Bəlkə də Ermənistanın havadarlarının təsirləri olmasa, basqıları olmasa, rəsmi İrəvanın sülh sazişinə hazır olduğunu demək mümkün olar. Demək ki, Ermənistana təsir və təzyiqlərdən çox şey asılıdır.

Erməni cəmiyyətinin sülhə hazır olduğunu isə demək mümkünsüzdür. Mən bu məsələdə o qədər də optimist deyiləm. Çünki Ermənistanın daxilində son 200 ildə formalaşmış daxili siyasi mühit, elit təbəqənin mənəzərəsi, onun cəmiyyətə təbliğatı o qədər də dəyişikliyə səbəb olmayıb. Ermənilərin canından türk əleyhdarlığı, türk düşmənçiliyi çıxa bilmir. Oradakı siyasətçilər, hansı ki, buraya Baş nazir Nikol Paşinyan da daxildir, dönüb cəmiyyətə deyəndə ki, “biz artıq öz maraqlarımızı qorumalıyıq”, oradakı erməni elitası, cəmiyyəti bundan şok keçirir. Revanşist, ya revanşist olmayan olsun, sayları az, yaxud çox olsun, fərqi yoxdur, bir tərəfdən katakalizm içərisinə girir. Çünki indiyədək onun anladığı  Ermənistan, onun xəyalındakı Ermənistan reallığa uyğun olmayan, yalan üzərində qurulmuş Ermənistandır. Təsəvvür edin ki, bir anda cəmiyyətə 200 ildir inandığı dövlətin əslində mif olduğunu, reallığın başqa olduğunu deyirsən. Təbii ki, bu cəmiyyət şoka düşəcək. Reallığı anlaması, dərk etməsi və buna uyğunlaşması erməni cəmiyyəti üçün üçün elə də asan deyil. Ona görə də 2025-ci ildə sülhün əldə olunması sualına birmənalı cavab vermək çətindir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Yanvar 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri