Icma.az
close
up
RU
Yeni ildə uşaqlara hədiyyə alarkən diqqətli olun Mütəxəssisdən MƏSLƏHƏT

Yeni ildə uşaqlara hədiyyə alarkən diqqətli olun Mütəxəssisdən MƏSLƏHƏT

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Yeni ilə sayılı günlər qalıb. Alış-veriş mərkəzləri, digər obyektlərdə, eləcə də küçələrdə bayrama aid atributlar görürük. Mağazalara daxil olarkən, insanların, xüsusilə də uşaqların gözünə hədiyyə qutuları çarpır. Təbii ki, bir çox insan həmin hədiyyələri alır. 

Bəs bu qutuları alarkən, nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, qutuların üzərində onun tərkibi haqqında məlumat yazılmalıdır.

"Yeni il hədiyyə qutuları hər zaman azyaşlılar üçün nəzərdə tutulduğu üçün onların mütləq etibarlı şirkətlər, etibarlı istehsalçılar tərəfindən hazırlanması ən önəmli faktorlardan biridir. Mütləq şəkildə qutunun cəlbediciliyi, rəngarəngliyi ilə yanaşı, eyni zamanda onun üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, içindəki qida məhsulları haqqında tam məlumatların göstərilməsi, bu məhsulların hər birinin ayrı-ayrılıqda tərkibinin verilməsi, tərkib ilə yanaşı onun son istifadə müddəti və istehsal tarixi tam göstərilməlidir. Çünki uşaqlar bəzən Yeni il hədiyyəsi olaraq açdıqda nə bu vaxtlara diqqət edirlər, nə də onların bu məlumatları araşdıracaq qədər məlumatları olmur. Bu zaman yük, məsuliyyət düşür valideynlərin üzərinə. Mütləq şəkildə onlar aldığı hər bir qidanı diqqətlə, nəzarətlə yoxlayıb, ondan sonra övladlarına verməlidirlər".

Mütəxəssisin sözlərinə görə, vaxtı keçmiş məhsulun alınması, uşaqların sağlamlığına zərər verə bilər.

"Vaxtı keçmiş məhsul olarsa, tərkibində konservantlar çox istifadə olunan, kimyəvi maddələrdən istifadə olunaraq rəf ömrü uzanan qida məhsulları var ki, bunlar bir çox uşaqlarda həzm probleminə gətirib çıxarda bilər. Eyni zamanda onların tərkibində istifadə olunan əlavələr və bu əlavələrlə yanaşı, bəzən çərəzlər də olur ki, onlar allergik reaksiyaya səbəb ola bilər. Ona görə mütləq şəkildə tərkibi ilə bağlı ətraflı məlumatı bilib və yeni olanı uşağa təqdim etməlidirlər. Ən yaxşı halda uşağın sevdiyi və onun orqanizminə uyğun şəkildə qida məhsullarından toplayaraq öz Yeni il qutusunu hazırlasınlar. Bu, ən təhlükəsiz hesab olunan üsuldur. Bəzən bunların içində oyuncaqlardan da istifadə edirlər. Bu oyuncaqların da yenə də mənşəyi bəlli olan yerdən olması, xüsusilə onların hazırlanmasında istifadə olunan boyaların uşaqlar üçün hər hansı bir təhlükə olmamasını bilmək lazımdır. Əks halda ucuz qablaşdırılmış mənşəyi bəlli olmayan Yeni il qutuları uşaqlar üçün təhlükə mənbəyi ola bilər və bəzən də bu kimi maddələrdən olan zərərlər anında öz təsirini göstərmir. Müəyyən bir vaxtdan sonra hər hansı bir sağlamlıq problemlərinə gətirib çıxarda bilər. Bəzən də həmin qutuların içində istifadə olunan meyvə suları şəklində satılan sulardan da mütləq şəkildə yenə mənşəyi bəlli olan, keyfiyyətli istehsal olunan məhsuldan istifadə etmək lazımdır. Çünki uşaq orqanizmi immun sistemi bir çox hallarda zəif olur. İnkişaf prosesi getdiyinə görə qəbul etdiyi bütün qidalar və qidaların tərkibi onların sağlamlığında böyük rol oynayır", - deyə M.Hüseynova bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri