Icma.az
close
up
RU
Yeni il gecəsi nə qədər içki təhlükəsizdir? Mütəxəssisdən məsləhət

Yeni il gecəsi nə qədər içki təhlükəsizdir? Mütəxəssisdən məsləhət

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni ilin yaxınlaşması ilə xüsusilə Rusiyada yaşayan bir çox insan üçün yenidən ən çətin suallardan biri gündəmə gəlir: nə qədər içmək olar? 

"Cebheinfo.az" xəbər verir ki, psixiatr, psixoterapevt və narkoloq Aleksandr Utrobin bu suala cavab verib. O bildirib ki, Yeni il gecəsi tez-tez qısa müddətdə “alkoqol marafonu”na çevrilir və bu, ciddi sağlamlıq riskləri yaradır. 

Onun sözlərinə görə, alkoqolun əsas tərkib hissəsi olan etanol güclü sinir sistemi və qaraciyər toksini olmaqla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də birinci qrup kanserogen maddələr siyahısına daxil edilib. Kommersant qəzetinə danışan mütəxəssis vurğulayır ki, alkoqol üçün təhlükəsiz doza yoxdur. Bununla belə, tamamilə imtina etmək mümkün olmadıqda, bəzi qaydalara əməl edilə biləcəyini deyir.

Utrobinə görə, ağır və yağlı qidalar alkoqolun qana qarışma sürətini 30–50 faiz azaldır. Bundan əlavə, ilk qədəhdən əvvəl ən azı iki stəkan su içmək, hər içki ilə birlikdə bir stəkan su qəbul etmək və saatda bir “standart doza”dan (təxminən 14 qram saf alkoqol, yəni 50 ml araq) artıq içməmək tövsiyə olunur. 

Şirin və qazlı içkilərin isə xüsusilə mədəaltı vəzi üçün ciddi risk yaratdığı qeyd edilir. Məşğulluq və səhiyyə qurumlarının məlumatlarına görə, Yeni ildən sonra alkoqol zəhərlənmələri, pankreatit və ürək-damar problemləri səbəbindən xəstəxanalara müraciətlərin sayı kəskin artır. 

Utrobin xüsusilə alkoqolla “ayıltma” vərdişinin vəziyyəti daha da ağırlaşdırdığını bildirir və bunun orqanizmə sadəcə yeni toksin dozaları əlavə etdiyini deyir. Ağır hallarda reanimasiya, hətta bədəndənkənar detoks üsullarına müraciət oluna bildiyini, mədəaltı vəzi nekrozunda isə ölüm riskinin 90 faizə qədər yüksəldiyini xatırladır. 

Yeni ilin simvolu sayılan şampan məsələsində isə mütəxəssis daha mülayim mövqe sərgiləyir. Aleksandr Utrobinin sözlərinə görə, sağlam insan üçün Yeni il gecəsi saatlar çalarkən içilən bir qədəh şampan ciddi təhlükə yaratmır. 

Lakin bundan sonra şərab, araq və ya konyak kimi içkilərlə davam etməyin riskləri dəfələrlə artırdığını vurğulayır. Müxtəlif növ alkoqolların, hansı ardıcıllıqla içilməsindən asılı olmayaraq, qarışdırılmasının mənfi təsirləri gücləndirdiyinə diqqət çəkir. 

Mütəxəssislərin fikrincə, ən təhlükəsiz seçim hələ də alkoqoldan tam imtinadır. Bununla belə, Utrobin xatırladır ki, Yeni il gecəsi mütləq alkoqolla əlaqələndirilməməlidir: 

“Yeni ili sevdiklərinizlə birlikdə, açıq havada gəzərək, söhbət edərək qarşılamaq üçün alkoqola ehtiyac yoxdur.” Mütəxəssis “İli necə qarşılasan, elə də keçir” deyimini xatırladaraq, yeni ilin sağlamlığa zərərli başlanğıcla açılmamalı olduğunu vurğulayır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri