Icma.az
close
up
RU
Yeni ilə hansı psixologiya ilə başlamaq lazımdır?

Yeni ilə hansı psixologiya ilə başlamaq lazımdır?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Yeni ilin başlanğıcı yalnız təqvimdə bir dəyişiklik deyil, həm də həyatınızda yeniliklər yaratmaq üçün fürsət deməkdir". 

Bu sözləri psixoloq Ülviyyə İlqar açıqlamasında deyib. 

O bildirib ki, insanlar ötən ildə məyus olduqları və ümidlərini doğrultmayan hadisələri analiz edə bilərlər:

"Keçmişlə bağlı narahatlıqları geridə buraxmaq gələcək planlarınızı daha aydın görməyə kömək edəcək. Real məqsədlər təyin etməklə də 2025-ci ilə sağlam psixologiya ilə başlaya bilərsiniz. Yeni ildə kiçik və icra edilə bilən hədəflər müəyyən etmək lazımdır".

Psixoloqun sözlərinə görə, böyük və qeyri-real məqsədlər məyusluq yarada bilər:

"Lakin buna baxmayaraq, kiçik uğurlar motivasiyanızı artıracaq və daha böyük hədəflərə doğru aparacaq. Həmçinin, fiziki sağlamlıq da psixoloji rifahın təməlidir. Ona görə də düzgün qidalanma, müntəzəm idman və kifayət qədər yuxu ilə balans yarada bilərsiniz. Unutmayın, sağlam bədən, sağlam zehnin də dəstəkçisidir". 

Ülviyyə İlqar diqqətə çatdırıb ki, yeni ildə ruhən zənginləşmək üçün hər gün özünüzə zaman ayırmağa çalışın:

"Məsələn, meditasiya və dərin düşüncə ilə daxili balansınızı qoruya bilərsiniz. Bunları etməklə daxili səsinizi dinləmək və özünüzü daha yaxşı başa düşmək üçün imkan yaranacaq. 

Ümumiyyətlə, yeni bir ilə başlayarkən yeni əlaqələrə və təcrübələrə açıq olmaq da çox əhəmiyyətlidir. Çalışın daha cəsarətli addımlar atın və komfort zonanızdan çıxın. Çünki yeni insanlar və təzə imkanlar həyatınıza rəng qata, habelə sizi fərqli perspektivlərə yönəldə bilər. Nəticədə, düzgün psixologiya və sağlam yanaşma ilə həm ruhən, həm də fiziki olaraq daha güclü hiss edəcəksiniz".\\hit.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Yanvar 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri