Qazaxda bu ərazilərə təcili yardım gəlmir Bloger
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazax rayonunda “Təzə məhəllə” adlanan ərazi var. Alı Mustafayev, Xaqani, Osman Sarıvəlli küçələridir. Bu ərazidə 103-ə zəng edəndə Ağstafa rayonunun təcili tibbi yardım şöbəsi cavab verir. Onlar da deyirlər ki, biz sizə təcili yardım göndərə bilmərik, ora biz baxmırıq və ev telefonu nömrəsi verirlər. O nömrəyə zəng etmək üçün də balansınızda kontur olmalıdır. Konturunuz yoxdursa, deməli, öləcəksiniz.
Axar.az xəbər verir ki, bu sözləri bloger Cavanşir Rafiqoğlu özünün İnstaqram səhifəsində paylaşdığı videoda deyib.
“Bu gün səhər atamın halı pisləşib, beyin qanaması keçirib, çox ciddi xəstədir. Anam 103-ə zəng edib, deyiblər ki, biz ora baxmırıq, başqa nömrəyə zəng edin. Anam da telefon istifadə edə bilmir, nömrəsi bağlıdır, işlətmir. Düşüb qonşuların qapısını döyüb ki, mənə təcili yardım çağırın. Bu qədər çətin olmamalıdır. Bu məsələni həll edin”, - o bildirib.
Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.
Baxış sayı:195
Bu xəbər 19 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















