Icma.az
close
up
RU
Yeni kəşf Qalaktikamızın mənzərəsini dəyişir MARAQLI

Yeni kəşf Qalaktikamızın mənzərəsini dəyişir MARAQLI

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Alimlərin iddiasına görə, ən qəribəsi odur ki, bu cür birləşmələr adətən qaz və ulduzların yüksək konsentrasiyası olan yerlərdə əmələ gəldiyi halda, burada proses demək olar ki, “boş” məkanda baş verir.
Süd Yolunun kənarında qeyri-adi kəşf
Sistem qərbdəki “Möhtəşəm Yeddilik” filmindəki antaqonistin şərəfinə “Kalvera” adlandırıldı. Ad seçimi təsadüfi deyil: filmin qəhrəmanı kimi, o da “qaydalardan kənarda”, yəni adətən kütləvi ulduzların doğulduğu yerlərdən uzaqdır.
“Kalvera Qalaktika müstəvisindən təxminən 6500 işıq ili hündürlüyündə yerləşir, burada maddənin konsentrasiyası son dərəcə aşağıdır. Kütləvi ulduzlar adətən Süd Yolunun mərkəzi və daha sıx bölgələrində həyat dövrlərini bitirirlər. Buna görə də, kənarda belə bir parlaq obyektin tapılması əsl sensasiyadır”, - materialda bildirilir.
İlk müşahidələr və radiogörüntülər
Astronomlar “Kalvera”nı ilk dəfə 2022-ci ildə qeydə alıblar. LOFAR radio teleskopları, demək olar ki, mükəmməl yuvarlaq bir quruluş qeydə alıb və sonradan bu, fövqəlyeni cismin qalıqları kimi müəyyən edilib. Mərkəzdə bir neytron ulduzu - böyük bir ulduzun dağılmasından sonra yaranan pulsar mövcud idi.
Təhlil partlayışın təxminən 10-20 min il əvvəl baş verdiyini və sistemin özünün Yerdən təxminən 13-16,5 min işıq ili məsafəsində yerləşdiyini göstərib.
Pulsarın davranışı
“XMM-Nyuton” Rentgen Rəsədxanası və digər alətlər tərəfindən aparılan müşahidələr pulsarın partlayışın mərkəzindən aktiv şəkildə uzaqlaşdığını təsdiqləyib. Onu genişlənən qaz və toz qabığı əhatə edir.
Pulsarların saniyədə 700 dövrəyə qədər sürətlə fırlana bildiyi və güclü rentgen və qamma şüaları yaydığı məlumdur.
“Kalvera” ilə bağlı isə aydınlaşıb ki, hətta aşağı maddə sıxlığı şəraitində belə, milyonlarla dərəcə temperaturu olan həddindən artıq plazma emissiyaları baş verə bilər. Bir zərbə dalğası maddənin lokallaşdırılmış kondensasiyası ilə toqquşduqda bu, baş verir.
Kəşfin əhəmiyyəti
“Kalvera”nın mövcudluğu alimlərin nəhəng ulduzların harada əmələ gələ və fövqəlyeni partlayışların baş verə biləcəyi barədə anlayışını dəyişir. İndi aydın olur ki, belə proseslər hətta Süd Yolunun “ən sakit” zonalarında da mümkündür.
Tədqiqat daha dəqiq təsvirlərin verilməsinə kömək edir:
• neytron ulduzların təkamülünün necə getməsi;
• fövqəlyeni cisimləri qabıqlarının necə genişlənməsi;
• partlayışdan sonra pulsarların kosmosda necə hərəkət etməsi.
Tədqiqatçıların rəyləri
- Tədqiqatımız göstərir ki, qalaktikanın ən sakit və zahirən boş görünən əraziləri belə ekstremal proseslərə ev sahibliyi edə bilər”, - astrofizik Emanuele Qreko vurğulayıb.
Alimlərin fikrincə, “Kalvera” Qalaktikanın periferiyasının onun mərkəzindəkilər qədər canlı və dinamik hadisələrə ev sahibliyi edə biləcəyinin bariz nümunəsidir.
P.S. Qalaktika (qədim yunan dilində - “Süd Yolu”) ulduzların, ulduz qruplarının, ulduzlararası qaz və tozun, qaranlıq maddənin və planetlərin cazibə qüvvəsi ilə bağlı sistemdir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri