Icma.az
close
up
RU
Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi? Alimlər

Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi? Alimlər

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son yüz il ərzində astronomlar hesab edirdilər ki, qalaktikamız – Süd Yolu – gələcəkdə kosmosdakı ‘‘qonşusu’’ Andromeda ilə toqquşacaq. Lakin alimlər indi müəyyən ediblər ki, belə bir hadisənin başvermə ehtimalı əvvəllər düşünüləndən daha azdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Nature Astronomy” jurnalında dərc olunan bir araşdırmada bildirilir.

1912-ci ildən bəri astronomlar təxmin edirdilər ki, təxminən 4,5 milyard ildən sonra Süd Yolu öz ən böyük ‘‘qonşusu’’ – Andromeda qalaktikası ilə toqquşacaq. Bu, onların bir-birinə doğru saniyədə təxminən 100 kilometr sürətlə hərəkət etməsi ilə əsaslandırılırdı.

Lakin Süd Yolunun daxil olduğu Yerli Qrupda onlarla başqa qalaktika da var. Alimlər araşdırmaq qərarına gəliblər ki, bu qalaktikaların cazibə qüvvəsi əvvəllər labüd sayılan bu toqquşmaya təsir edə bilərmi?

Bu məqsədlə tədqiqatçılar Yerli Qrupdakı qalaktikaların cazibəsini nəzərə alaraq 100 min simulyasiya aparıblar. Nəticədə məlum olub ki, Süd Yolu qalaktikasının növbəti 10 milyard il ərzində Andromeda ilə toqquşma ehtimalı 50 faizdir. Amma bu hadisənin yaxın 4–5 milyard ildə başvermə ehtimalı cəmi 2 faiz təşkil edir.

Tədqiqatın həmmüəllifi Karlos Frenk bildirib:

"Biz indiyə qədər bunun qaçılmaz bir tale olduğunu düşünürdük. İndi isə bilirik ki, bu toqquşmadan yayınmaq üçün böyük ehtimal var”.

Niyə böyük toqquşma baş verməyə bilər?

Alimlər müəyyən ediblər ki, Süd Yolundan daha kiçik ölçülü Böyük Maqellanik Bulud (BMB) adlı qalaktikanın Andromedaya perpendikulyar cazibə qüvvəsi var. Bu da qalaktikamızın hərəkət trayektoriyasını dəyişməyə və Andromedadan uzaqlaşdırmağa kifayət edəcək qədər təsirlidir.

Tədqiqatın əsas müəllifi Till Savalanın sözlərinə görə:

"BMB Süd Yolunu orbital müstəvidən kənara çəkir və Andromedadan uzaqlaşdırır. Bu, birləşmədən tam qurtuluş demək deyil, lakin onun ehtimalını azaldır”.

Alimlər əlavə ediblər ki, əgər gələcəkdə Süd Yolu yenə də Andromeda ilə toqquşarsa, bu, ulduzların sürətli yaranması ilə müşayiət olunacaq. Ardınca gənc ulduzların partlayışı və yeni superkütləvi qara dəliyin fəallaşması nəticəsində güclü radiasiya dövrü başlayacaq ki, bu da sonradan yeni ulduzların yaranmasını dayandıracaq.

Till Savala qeyd edib:

"Bir neçə milyard ildən sonra nə keçmiş Süd Yolu qalaktikasından, nə də Andromedadan əsər-əlamət qalacaq. Qalan yalnız üzü olmayan, elliptik bir qalaktika olacaq”.

Tədqiqat müəllifləri vurğulayırlar ki, qalaktikamızın gələcəyini dəqiq proqnozlaşdırmağa mane olan bir çox naməlum faktor mövcuddur. Modelləşdirmə həmçinin göstərib ki, Süd Yolunun Andromedadan daha çox Böyük Maqellanik Buludla toqquşma ehtimalı var.

Bundan əlavə, alimlər bildirirlər ki, Yer üçün əsas təhlükə Günəşdən qaynaqlanacaq: təxminən beş milyard ildən sonra o, ömrünü başa vuraraq şişəcək və Merkuri, Venera, eləcə də potensial olaraq Yer kürəsini udacaq.

Nəticə olaraq, astronomlar hesab edirlər ki, Süd Yolu qalaktikasının gələcəyi hələ də ‘‘açıq sual’’ olaraq qalır.

Xatırladaq ki, daha əvvəl alimlər qalaktikamızda eyni anda iki fərqli növ radiasiya yayan sirli bir obyekt aşkar etmişdilər. Belə aktivlik heç bir məlum kosmik cismin davranışına uyğun gəlmir.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyun 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri