Icma.az
close
up
RU
Qalaktikamızın qonşuluğundakı ulduz itdi KONKRET

Qalaktikamızın qonşuluğundakı ulduz itdi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən “M31-2014-DS1” yoxa çıxıb.

KONKRET.az oxu.az-a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər.

Bildirilir ki, bu qalaktika bizim Süd Yoluna ən yaxın qalaktikadır. O, bizdən təxminən 2.5 milyon işıq ili məsafədə yerləşir. Astronomlar onu 2014-cü ildən müşahidə edirdilər. O zaman o, daha da parladı, 2016-2019-cu illər arasında tutqunlaşmağa başladı və 2023-cü ilə qədər səmadan tamamilə yoxa çıxdı.

Bu hadisə alimləri xeyli təəccübləndirib. Çünki bu ulduz bizim Günəşdən daha böyük kütləyə malik idi və ondan tamam başqa şey – supernova partlayışı gözlənilirdi. Lakin bunun əvəzinə alimlər ulduzun heç bir partlayış olmadan, sadəcə yoxa çıxdığını görüblər – nəhəng ulduzun kollapsı parlaq parıltı və kosmik miqyaslı “xüsusi effektlərlə” müşayiət olunmadı.

Amerikalı astrofiziklər bu hadisəni “uğursuz supernova” adlandırırlar. Onların versiyasına görə, bu, kütləsi müəyyən diapazonda olan ulduzlarla baş verə bilər. Hesablamalar göstərir ki, “Andromeda” qalaktikasındakı “M31-2014-DS1” ulduzu əvvəlcə təxminən 20 günəş kütləsinə malik olub, ancaq yoxa çıxdığı ana qədər yeddi kütləyə qədər kiçilib.

“Bu o deməkdir ki, o artıq örtüyünü itirmişdi və tullamağa başqa bir şeyi qalmamışdı. Ulduz Kainata xəbər vermədən çökdü və görünməz oldu, böyük ehtimalla qara dəliyə çevrildi”, – deyə alimlər bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2024 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri