Icma.az
close
up
RU
Yeni kəşf saç tökülməsinin qarşını almağa kömək edə bilər

Yeni kəşf saç tökülməsinin qarşını almağa kömək edə bilər

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alopesiya baş dərisində və bədəndə çapıqsız saç tökülməsinə səbəb olan otoimmün xəstəlikdir və dünya əhalisinin təxminən 2 faizinə təsir edir. Avstraliya, Sinqapur və Çindən olan tədqiqatçılar tərəfindən aparılan yeni araşdırma saç follikullarının kök hüceyrələrinin (HFSC) funksiyasını qorumaq üçün “MCL-1” adlı qoruyucu proteinin vacib olduğunu ortaya qoyub.

Lent.az “MedicalXpress” saytına istinadla xəbər verir ki, araşdırma “Nature Communications” jurnalında yayımlanıb. Nəticə göstərib ki, “MCL-1” olmadan HFSC-lər stressə məruz qalaraq məhv olur, nəticədə saç tökülməsi baş verir. Saç follikulları təbii olaraq üç fazadan – aktiv böyümə (anagen), keçid (katagen) və istirahət (telogen) mərhələlərindən keçir. HFSC-lər bu dövrü idarə edərək saçın yenilənməsini təmin edir. Lakin stressə məruz qalan HFSC-lər apoptoza – proqramlaşdırılmış hüceyrə ölümünə – uğrayır. Bu prosesi BCL-2 ailəsinə aid zülallar tənzimləyir ki, onlardan biri də “MCL-1”dir. Tədqiqatçılar “MCL-1” genini siçanlarda deaktiv edərək onun təsirini araşdırıblar. Məlum olub ki, doğuşdan “MCL-1” çatışmazlığı saç follikullarının formalaşmasına mane olmur, lakin zamanla HFSC-lərin azalmasına və nəticədə saç tökülməsinə səbəb olur. Yetkin siçanlarda “MCL-1”in silinməsi aktiv HFSC-lərin sürətlə məhvinə və saç bərpasının dayanmasına gətirib çıxarıb.

Bundan əlavə, “P53” adlı başqa bir zülalın “MCL-1”in yoxluğunda hüceyrə ölümünü artırdığı müşahidə olunub. Maraqlıdır ki, P53 geni silindikdə, hətta “MCL-1” çatışmazlığı olan siçanlarda belə saç böyüməsi bərpa edilib. Bu, saç follikullarında hüceyrə sağ qalma və ölüm arasında tarazlığı qorumaqda “MCL-1” və P53-ün birgə işlədiyini göstərir.

Tədqiqat, həmçinin ERBB siqnal yolunun “MCL-1” istehsalını artıraraq HFSC-lərin yaşamasında əsas rol oynadığını müəyyən edib. Bu kəşf alopesiya və saç tökülməsinin müalicəsi üçün yeni terapevtik strategiyaların inkişafına yol aça bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Mart 2025 03:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri