Icma.az
close
up
RU
Saç tökülməsinin müalicəsi üçün yeni kəşf

Saç tökülməsinin müalicəsi üçün yeni kəşf

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alopesiya baş dərisində və bədəndə çapıqsız saç tökülməsinə səbəb olan otoimmün xəstəlikdir və dünya əhalisinin təxminən 2 faizinə təsir edir. Avstraliya, Sinqapur və Çindən olan tədqiqatçılar tərəfindən aparılan yeni araşdırma saç follikullarının kök hüceyrələrinin (HFSC) funksiyasını qorumaq üçün “MCL-1” adlı qoruyucu proteinin vacib olduğunu ortaya qoyub.

AZƏRTAC “MedicalXpress” saytına istinadla xəbər verir ki, araşdırma “Nature Communications” jurnalında yayımlanıb. Nəticə göstərib ki, “MCL-1” olmadan HFSC-lər stressə məruz qalaraq məhv olur, nəticədə saç tökülməsi baş verir. Saç follikulları təbii olaraq üç fazadan – aktiv böyümə (anagen), keçid (katagen) və istirahət (telogen) mərhələlərindən keçir. HFSC-lər bu dövrü idarə edərək saçın yenilənməsini təmin edir. Lakin stressə məruz qalan HFSC-lər apoptoza – proqramlaşdırılmış hüceyrə ölümünə – uğrayır. Bu prosesi BCL-2 ailəsinə aid zülallar tənzimləyir ki, onlardan biri də “MCL-1”dir. Tədqiqatçılar “MCL-1” genini siçanlarda deaktiv edərək onun təsirini araşdırıblar. Məlum olub ki, doğuşdan “MCL-1” çatışmazlığı saç follikullarının formalaşmasına mane olmur, lakin zamanla HFSC-lərin azalmasına və nəticədə saç tökülməsinə səbəb olur. Yetkin siçanlarda “MCL-1”in silinməsi aktiv HFSC-lərin sürətlə məhvinə və saç bərpasının dayanmasına gətirib çıxarıb.

Bundan əlavə, “P53” adlı başqa bir zülalın “MCL-1”in yoxluğunda hüceyrə ölümünü artırdığı müşahidə olunub. Maraqlıdır ki, P53 geni silindikdə, hətta “MCL-1” çatışmazlığı olan siçanlarda belə saç böyüməsi bərpa edilib. Bu, saç follikullarında hüceyrə sağ qalma və ölüm arasında tarazlığı qorumaqda “MCL-1” və P53-ün birgə işlədiyini göstərir.

Tədqiqat, həmçinin ERBB siqnal yolunun “MCL-1” istehsalını artıraraq HFSC-lərin yaşamasında əsas rol oynadığını müəyyən edib. Bu kəşf alopesiya və saç tökülməsinin müalicəsi üçün yeni terapevtik strategiyaların inkişafına yol aça bilər.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 Mart 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri