Icma.az
close
up
RU
Yeni Klinikada “Təbiblər Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib

Yeni Klinikada “Təbiblər Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 iyun, AZƏRTAC

Yeni Klinikada "Konstitusiya və Suverenlik İli" çərçivəsində 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə “Cəbhə qəhrəmanlarının ağ xalatlı qəhrəmanlara təşəkkürü” adlı videoçarx nümayiş olunub.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçilərinə təbriklərini çatdırıb, onların əhalinin sağlamlığının qorunmasında və insan həyatının xilasında oynadığı əvəzsiz rolu vurğulayıb. O, ölkə rəhbərliyinin səhiyyə sahəsinə, xüsusilə də bu şərəfli peşənin daşıyıcılarına göstərdiyi yüksək diqqət və qayğını diqqətə çatdırıb, son illərdə səhiyyə sistemində aparılan islahatların və həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini qeyd edib.

Milli Məclisin deputat Rəşad Mahmudov qarşıya qoyulan məqsədlərə məhz səhiyyə işçilərinin əzmi və peşəkarlığı sayəsində nail olunacağına inandığını söyləyib. O bildirib ki, Azərbaycan həkimləri öz qəhrəmanlıqları ilə tarix yazıblar: “Həkimlərimiz həm koronavirus pandemiyası, həm də Vətən müharibəsi dövründə qəhrəmanlıq nümayiş etdiriblər. Bu gün ölkəmizdə ən yüksək texnologiyalı tibbi xidmət həyata keçirilir. Artıq vətəndaşlar sağlamlıqlarını rahatlıqla Azərbaycan həkiminə həvalə edirlər”.

Deputat Vüqar İskəndərov Azərbaycanda səhiyyə işçilərinə verilən yüksək dəyərdən danışıb. Ölkəmizdən kənarda da azərbaycanlı həkimlərin çox böyük nüfuza sahib olduğunu bildirən deputat son illərdə Azərbaycandan kənarda tibb xidməti almaq istəyən vətəndaşların sayında kəskin azalma müşahidə edildiyini diqqətə çatdırıb. O, ölkədə səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında fədakar həkimlərin əvəzsiz rolunu vurğulayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib ki, agentlik olaraq əsas məqsədləri vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir. O, bu prosesdə səhiyyə işçilərinin peşəkarlığının, bilik və bacarıqlarının mühüm rol oynadığını diqqətə çatdırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müşaviri Anar Ağayev Vətən müharibəsi dövründə tibb işçilərinin yüksək peşəkarlıq, misilsiz fədakarlıq və vətənpərvərlik ruhu ilə əsgərlərimizin yanında dayandıqlarını qeyd edib. O, döyüş meydanında hərbçilərimizin qəhrəmanlıqları ilə yanaşı, tibb personalının əvəzsiz xidmətinin xalqın birlik və həmrəylik ruhunun bir daha sarsılmaz olduğunu sübut etdiyini söyləyib.

Yeni Azərbaycan Partiyasının Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, səhiyyə işçilərinin fədakarlığı və yüksək peşəkarlığı sayəsində ölkəmizdə sağlamlıq sahəsində əhəmiyyətli uğurlar əldə olunub.

Yeni Klinikanın direktoru Barat Yusubov diqqətə çatdırıb ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının qorunmasını daim prioritet istiqamət kimi müəyyən edib, bu sahədə ardıcıl islahatlar reallaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət çərçivəsində tibb işçilərinə göstərilən diqqət və qayğı isə xüsusi əhəmiyyət daşıyır. “Tibb yalnız bir peşə deyil – bu, vicdanın, məsuliyyətin və yüksək mənəviyyatın təcəssümüdür. Siz hər gün insan həyatını qoruyan, fədakarlıqla çalışan, zaman və məkan tanımadan insanlara ümid bəxş edən qəhrəmanlarsınız. Pandemiya, Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə bir daha sübut etdiniz ki, tibbi biliklərlə yanaşı, ruh yüksəkliyi və peşə etikasına sadiqlik bu peşənin əsas dayaqlarıdır,” – deyə B. Yusubov vurğulayıb.

Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, birlik sədrinin müavini Ramin Şirinov, Yeni Klinikanın həkim-travmotoloq-ortopedi, ehtiyatda olan tibb xidməti kapitanı, Vətən müharibəsi veteranı Türkel Hüseynov da tibb işçilərini təbrik ediblər.

Daha sonra Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təşəkkürnamə ilə təltif olunub. Eyni zamanda, tibb müəssisəsinin Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş əməkdaşlarına vəsiqələr təqdim olunub

Tədbir bədii hissə ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri