Icma.az
close
up
RU
Yeni Klinikada Avropa təcrübəsi müzakirəsi

Yeni Klinikada Avropa təcrübəsi müzakirəsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

TƏBİB-in xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı həkimlərlə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl tibbi təcrübənin ölkəmizdə tətbiqinin təşviqi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Yeni Klinikada növbəti tibbi konsilium təşkil olunub.

Bu barədə Yeni Klinikanın mətbuat xidmətindən verilən xəbərdə bildirilir. Vurğulanır ki, konsilium Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun baş həkimi Nuran Abdullayevin iştirakı ilə keçirilib. Tibbi konsilium zamanı Yeni Klinikanın yerli həkim-mütəxəssisləri ilə birgə mürəkkəb klinik-radioloji hallar müzakirə olunub.

Müzakirələr zamanı pasiyentlərin mövcud vəziyyəti, aparılmış müayinələrin nəticələri, o cümlədən radioloji görüntülər və tətbiq olunan müalicə yanaşmaları nəzərdən keçirilib, diaqnostik və müalicəvi yanaşmalarla bağlı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində professor Nuran Abdullayev Yeni Klinikanın İnsult Mərkəzinin və Angioqrafiya bölməsinin fəaliyyəti ilə tanış olub. Burada göstərilən tibbi xidmətlər, müasir diaqnostika və müalicə imkanları, eləcə də insult xəstələrinin müalicəsində tətbiq olunan yanaşmalar barədə məlumat verilib.

Görüş zamanı beynəlxalq təcrübə əsasında İnsult Mərkəzinin yaradılması və inkişafı, sertifikatlaşdırılması, radiologiya xidmətlərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun Radiologiya Mərkəzinin yaradılması müzakirə olunub. Həmçinin skrininq proqramlarının tətbiqi, prostat və süd vəzinin MRT müayinələrinin inkişaf etdirilməsi, tibbi xidmətlərin optimallaşdırılması, Almaniyanın müasir diaqnostika və müalicə təcrübəsinin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Yeni Klinikada referans mərkəz modelinin inkişafı, rezidentlərin xaricdə təlimlərə cəlb olunması, elmi fəaliyyətin və tədqiqatların dəstəklənməsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və qabaqcıl Avropa təcrübəsinin Azərbaycanda tətbiqi imkanları müzakirə olunub.

Zərifə HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri