Icma.az
close
up
RU
Mənzillərin qiyməti yenə də yüksələcək: SƏBƏBLƏR...

Mənzillərin qiyməti yenə də yüksələcək: SƏBƏBLƏR...

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə bu sahədə 279,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.

Hesabat dövründə təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, tikinti şüşəsinin istehsalı 8,9 faiz, sement istehsalı isə 4 faiz azalıb. Maraqlıdır ki, bu eniş işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti işlərinin getdiyi bir vaxta təsadüf edir. Bu isə sual doğurur: geniş tikinti ehtiyacları fonunda yerli istehsal niyə geriləyir?

“İstehsalçılar azalıb”

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tam hüquqlu üzvü İlham Behrudinin sözlərinə görə, əvvəlki illərə nisbətən tikinti aparan hüquqi şəxslərin sayı bir neçə dəfə azalıb: “Sözügedən inşaat materiallarının istehsalının azalmasının bir neçə səbəbləri var. Ən başlıca səbəbi odur ki, inşaat materiallarını istehlak edən təşkilatlar, müəssisələr, fərdlər ölkəmizdə azalıb. Bunun əsas səbəblərindən biri 2024-cü ildə yeni binaların inşaatının başlanılmasına icazələrin sərtləşdirilməsindən irəli gəlir. Hazırda Azərbaycanda yeni binaların tikintisi çox azalıb və ya tamamilə dayandırılıb. Fərdi tikintilərdə də azalma var. Fərdi tikintilərin sürətləndirilməsi üçün vətəndaşlara köməklik məqsədilə kreditlər ayrılmalıdır”.

“Quruculuq işləri yay aylarında intensivləşir”

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, bu statistika qış aylarını əhatə edir. Qış aylarında bütün istehsal müəssisələrində azalma müşahidə edilir: “Çünki qış dövründə anbarlarda, ehtiyat məhsul olur. İstehsal müəssisələri də bazara əlavə məhsul çıxarmırlar. Yəni bu, mövsümlə əlaqəli azalmalardır”.

R.Qasımzadənin sözlərinə görə, havaların qeyri-stabil keçməsi də rəqəmlərə öz təsirini göstərir: “Bu məhsullara tələbat aprel, may aylarından etibarən artır. Bu zaman yerli istehsalın həcmi də yavaş-yavaş yüksəlir. Amma qış mövsümü tikinti dövrü deyil. Əksinə, tikintilərin, xüsusən də fərdi yaşayış evlərinin inşası azalır. Çünki statistikada adıçəkilən məhsulların quruması zaman alır. Bu da iqtisadi cəhətdən tikinti üçün səmərəli deyil. Onları soyuq havalarda istifadə etmək qeyri-mümkündür. Amma havalar isinəndən sentyabr, oktyabr aylarına qədər tikinti mövsümü olur. Yay aylarında adıçəkilən məhsullar təbii quruma yolu ilə qurudulur. Bu dövrlərdə istehsal da artır”.

Ekspert bildirir ki, yay aylarında tikintinin intensivləşməsi ən çox beton və dəmir məmulatlarına tələbatı yüksəldir. Həmin məhsullar yol ötürücülərinin tikintisində istifadə edilir. İnfrastruktur layihələri də öncədən bağlanılan müqavilələr əsasında həyata keçirilir.

Yerli məhsullar bahalaşıb

R.Qasımzadənin sözlərinə görə, istehsalın azalması qiymətlərdə dəyişikliklərə səbəb olub: “Bəzi məhsulların qiymətində artımlar mövcuddur. Buna misal olaraq sementi göstərə bilərik. Lakin qiymət artımları gözlənilirdi. Xüsusilə də yerli istehsal edilən məhsullarda qiymət artımları daha çox müşahidə olunur. Xaricdən gələn məhsulların isə bəzilərində qiymət artımı var idi. Sement və dəmir məmulatlarda da həmçinin. Qiymətlərin artan tempdə gedəcəyi proqnozlaşdırılır”.

R.Qasımzadə bahalaşmanın səbəblərindən də danışdı: “Qiymətlərin artmasının müxtəlif səbəbləri var. Həm xammal qiymətləri yüksəlib, həm də əməkhaqları, sosial ödənişlər artıb. Bu kimi səbəblərlə şirkətlərin xərci artır. Onlar da məhsulun üzərinə əlavə dəyər qoymalı olurlar”.

“Ciddi tamamlanma prosesi həyata keçirilirdi”

İqtisadçı Xalid Kərimli də düşünür ki, qışın sərt keçməsi tələbata təsir edib: “Tikinti materiallarının istehsalının azalmasının əsas səbəbi iqtisadi aktivliklə bağlıdır. Burada digər xərc artıran məqamlar da var. Amma əsas səbəb tələbatdır. Bu ilin qış mövsümü bir az daha sərt keçdi. Təbii ki, bu da tikinti materialları bazarına təsirsiz ötüşmədi. Tikinti materiallarının istehsalında hava amili də böyük rol oynayır”.

Ekspertin sözlərinə görə, iqtisadi səbəbləri də qeyd etməliyik: “Keçən il beynəlxalq tədbirlərlə əlaqədar ciddi tamamlanma prosesi həyata keçirilirdi. Yol tikintisi və sair sürətləndirilmişdi. Çalışılırdı ki, tikinti işləri tez bir zamanda yekunlaşsın. Həmçinin keçən il Qarabağ və Şərqi Zəngəzurun bərpasına vəsait bu ilə nisbətən daha çox nəzərdə tutulmuşdu. Əvvəl dörd milyard vəsait ayrılsa da, ilin ortalarında bir milyard manat da əlavə olundu. Keçən il tikinti məsələləri daha intensiv idi. Bu səbəbdən də istehsal keçən il daha çox idi”.

X.Kərimlinin fikrincə, tikinti materialları istehsalı azalıbsa, tələbat da azdır. Bu zaman tikinti materialları bazarında qiymətlər aşağı düşür. Amma bizdə əksinə, qiymətlər artan tempdə görünür: “Bunun da səbəbi dizel yanacağının qiymətinin artmasındadır. Kommunal qiymətlər, minimum əməkhaqqının artımı kimi məsələlər də tikinti materiallarının xərcinin artmasına təsir göstərən amillərdir. Bu da bazardakı qiymətlərdə əks olunur”. ("Kaspi" qəzeti)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 İyun 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri