Icma.az
close
up
RU
Mənzillərin qiyməti yenə də yüksələcək: SƏBƏBLƏR… KONKRET

Mənzillərin qiyməti yenə də yüksələcək: SƏBƏBLƏR… KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə bu sahədə 279,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.

KONKRET.az “Kaspi” qəzeti-nə istinadən xəbər verir ki, hesabat dövründə təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, tikinti şüşəsinin istehsalı 8,9 faiz, sement istehsalı isə 4 faiz azalıb. Maraqlıdır ki, bu eniş işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti işlərinin getdiyi bir vaxta təsadüf edir. Bu isə sual doğurur: geniş tikinti ehtiyacları fonunda yerli istehsal niyə geriləyir?

“İstehsalçılar azalıb”

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tam hüquqlu üzvü İlham Behrudinin sözlərinə görə, əvvəlki illərə nisbətən tikinti aparan hüquqi şəxslərin sayı bir neçə dəfə azalıb: “Sözügedən inşaat materiallarının istehsalının azalmasının bir neçə səbəbləri var. Ən başlıca səbəbi odur ki, inşaat materiallarını istehlak edən təşkilatlar, müəssisələr, fərdlər ölkəmizdə azalıb. Bunun əsas səbəblərindən biri 2024-cü ildə yeni binaların inşaatının başlanılmasına icazələrin sərtləşdirilməsindən irəli gəlir. Hazırda Azərbaycanda yeni binaların tikintisi çox azalıb və ya tamamilə dayandırılıb. Fərdi tikintilərdə də azalma var. Fərdi tikintilərin sürətləndirilməsi üçün vətəndaşlara köməklik məqsədilə kreditlər ayrılmalıdır”.

“Quruculuq işləri yay aylarında intensivləşir”

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, bu statistika qış aylarını əhatə edir. Qış aylarında bütün istehsal müəssisələrində azalma müşahidə edilir: “Çünki qış dövründə anbarlarda, ehtiyat məhsul olur. İstehsal müəssisələri də bazara əlavə məhsul çıxarmırlar. Yəni bu, mövsümlə əlaqəli azalmalardır”.

R.Qasımzadənin sözlərinə görə, havaların qeyri-stabil keçməsi də rəqəmlərə öz təsirini göstərir: “Bu məhsullara tələbat aprel, may aylarından etibarən artır. Bu zaman yerli istehsalın həcmi də yavaş-yavaş yüksəlir. Amma qış mövsümü tikinti dövrü deyil. Əksinə, tikintilərin, xüsusən də fərdi yaşayış evlərinin inşası azalır. Çünki statistikada adıçəkilən məhsulların quruması zaman alır. Bu da iqtisadi cəhətdən tikinti üçün səmərəli deyil. Onları soyuq havalarda istifadə etmək qeyri-mümkündür. Amma havalar isinəndən sentyabr, oktyabr aylarına qədər tikinti mövsümü olur. Yay aylarında adıçəkilən məhsullar təbii quruma yolu ilə qurudulur. Bu dövrlərdə istehsal da artır”.

Ekspert bildirir ki, yay aylarında tikintinin intensivləşməsi ən çox beton və dəmir məmulatlarına tələbatı yüksəldir. Həmin məhsullar yol ötürücülərinin tikintisində istifadə edilir. İnfrastruktur layihələri də öncədən bağlanılan müqavilələr əsasında həyata keçirilir.

Yerli məhsullar bahalaşıb

R.Qasımzadənin sözlərinə görə, istehsalın azalması qiymətlərdə dəyişikliklərə səbəb olub: “Bəzi məhsulların qiymətində artımlar mövcuddur. Buna misal olaraq sementi göstərə bilərik. Lakin qiymət artımları gözlənilirdi. Xüsusilə də yerli istehsal edilən məhsullarda qiymət artımları daha çox müşahidə olunur. Xaricdən gələn məhsulların isə bəzilərində qiymət artımı var idi. Sement və dəmir məmulatlarda da həmçinin. Qiymətlərin artan tempdə gedəcəyi proqnozlaşdırılır”.

R.Qasımzadə bahalaşmanın səbəblərindən də danışdı: “Qiymətlərin artmasının müxtəlif səbəbləri var. Həm xammal qiymətləri yüksəlib, həm də əməkhaqları, sosial ödənişlər artıb. Bu kimi səbəblərlə şirkətlərin xərci artır. Onlar da məhsulun üzərinə əlavə dəyər qoymalı olurlar”.

“Ciddi tamamlanma prosesi həyata keçirilirdi”

İqtisadçı Xalid Kərimli də düşünür ki, qışın sərt keçməsi tələbata təsir edib: “Tikinti materiallarının istehsalının azalmasının əsas səbəbi iqtisadi aktivliklə bağlıdır. Burada digər xərc artıran məqamlar da var. Amma əsas səbəb tələbatdır. Bu ilin qış mövsümü bir az daha sərt keçdi. Təbii ki, bu da tikinti materialları bazarına təsirsiz ötüşmədi. Tikinti materiallarının istehsalında hava amili də böyük rol oynayır”.

Ekspertin sözlərinə görə, iqtisadi səbəbləri də qeyd etməliyik: “Keçən il beynəlxalq tədbirlərlə əlaqədar ciddi tamamlanma prosesi həyata keçirilirdi. Yol tikintisi və sair sürətləndirilmişdi. Çalışılırdı ki, tikinti işləri tez bir zamanda yekunlaşsın. Həmçinin keçən il Qarabağ və Şərqi Zəngəzurun bərpasına vəsait bu ilə nisbətən daha çox nəzərdə tutulmuşdu. Əvvəl dörd milyard vəsait ayrılsa da, ilin ortalarında bir milyard manat da əlavə olundu. Keçən il tikinti məsələləri daha intensiv idi. Bu səbəbdən də istehsal keçən il daha çox idi”.

X.Kərimlinin fikrincə, tikinti materialları istehsalı azalıbsa, tələbat da azdır. Bu zaman tikinti materialları bazarında qiymətlər aşağı düşür. Amma bizdə əksinə, qiymətlər artan tempdə görünür: “Bunun da səbəbi dizel yanacağının qiymətinin artmasındadır. Kommunal qiymətlər, minimum əməkhaqqının artımı kimi məsələlər də tikinti materiallarının xərcinin artmasına təsir göstərən amillərdir. Bu da bazardakı qiymətlərdə əks olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 İyun 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see354

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see133

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see132

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri