Icma.az
close
up
RU
Yeni mərhələdə Azərbaycan ABŞ üçün vacib və etibarlı tərəfdaş kimi qiymətləndirilir ŞƏRH

Yeni mərhələdə Azərbaycan ABŞ üçün vacib və etibarlı tərəfdaş kimi qiymətləndirilir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan-Amerika münasibətləri son zamanlar dinamik şəkildə inkişaf etməyə başlayıb. Bu inkişafın əsas səbəblərindən biri odur ki, artıq Amerika siyasətində Azərbaycana münasibətdə real dəyişikliklər hiss olunur. Görünən odur ki, Tramp administrasiyası əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycanla daha praqmatik və uzaqgörən bir siyasət aparmaq niyyətindədir. Bu yanaşma da təsadüfi deyil, çünki iki ölkə arasında münasibətlər strateji maraqlara əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

O xatırladıb ki, Tramp administrasiyasının ilk dönəmində Azərbaycan-Amerika əlaqələri kifayət qədər fəal şəkildə inkişaf edib, müxtəlif layihələr həyata keçirilib: "Bu layihələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi yer tuturdu. Yeni mərhələdə Azərbaycan ABŞ üçün vacib və etibarlı tərəfdaş kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da bu məsələlər öz əksini tapıb.

Hazırkı qlobal və regional proseslər onu göstərir ki, güclü dövlətlər arasında münasibətlər hər zaman sıx və davamlı olmalıdır. Azərbaycan Cənubi Qafqaz regionunda mühüm bir oyunçudur və ABŞ-ın praqmatik siyasəti də məhz belə güclü tərəfdaşlarla əlaqələri gücləndirməyə yönəlib. Tramp dövründə Prezident İlham Əliyevə ünvanlanan məktub da bu yanaşmanın bariz nümunəsidir”.

İ.Vəlizadə qeyd edib ki, bu gün Azərbaycan-Amerika münasibətləri haqqında danışarkən, yalnız Cənubi Qafqaz və Xəzər regionuna təsirlərlə kifayətlənmək düzgün olmaz. Çünki Azərbaycan artıq təkcə regional yox, daha geniş coğrafi məkanlarda mühüm rol oynayan bir aktora çevrilib: “Son illərdə ölkəmiz Mərkəzi Asiya siyasətinə aktiv şəkildə inteqrasiya olunub. Eyni zamanda, Azərbaycan Yaxın Şərqdə də öz mövqeyini gücləndirir. Fəallığımız təkcə siyasi sahədə deyil, iqtisadi və nəqliyyat-loqistika xəritəsində də açıq-aydın hiss olunur. Bu, Azərbaycanın regional yox, artıq qlobal proseslərdə də təsir imkanına sahib olduğunu göstərir. Ona görə də Azərbaycan-Amerika münasibətlərindən danışarkən bu geniş coğrafi təsir faktorlarını mütləq nəzərə almalıyıq. ABŞ da bu reallığı anlayır və xüsusilə Azərbaycan-İsrail münasibətlərinə diqqət göstərir. Bu əlaqələr, Yaxın Şərqdə formalaşan yeni münasibətlər sistemində əhəmiyyətli rol oynayır.

Bundan əlavə, Azərbaycan-Türkiyə qardaşlığı, Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq, İranla konstruktiv dialoq və Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında artan fəallıq ölkəmizin regional nüfuzunun bariz göstəriciləridir.

Təəssüf ki, əvvəlki ABŞ administrasiyası Bayden və Blinken rəhbərliyi bu dinamikanı yetərincə qiymətləndirmədi. Bu isə ABŞ-ın regiondakı maraqlarının zəifləməsinə gətirib çıxardı.

Hazırkı mərhələdə isə ABŞ administrasiyası bu nüfuzu bərpa etməyə, Azərbaycanla əməkdaşlığı yenidən prioritet mövzuya çevirməyə çalışır. Çünki Azərbaycan olmadan bu regionda uzunmüddətli sabitlik və əməkdaşlıq platforması qurmaq mümkün deyil. Təsadüfi deyil ki, Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub da məhz bu fikirləri təsdiqləyir. Həmin məktubda ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyət aydın şəkildə əks olunur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri