Icma.az
close
up
RU
Azərbaycan etibarlı tərəfdaş mövqeyinə yüksəlir ŞƏRH EDİLDİ

Azərbaycan etibarlı tərəfdaş mövqeyinə yüksəlir ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"44 günlük müharibə, şübhəsiz ki, son illərdə bütün regionda bir çox prosesləri kökündən dəyişmişdir. Əvvəla, Cənubi Qafqazda uzun illər davam edən işğala son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, bu, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi və iqtisadi gələcəyinə təsir göstərən mühüm hadisədir: "Beləliklə, Azərbaycan həm Şimal–Cənub, həm də Şərq–Qərb dəhlizlərinin ən etibarlı və mühüm tərəfdaşına çevrilmişdir.

Digər tərəfdən, Azərbaycan yalnız münaqişəni həll edən dövlət kimi çıxış etmir. Bu gün ölkəmiz beynəlxalq prosesləri yaxından izləyir, bu məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur və müvafiq addımlar atır. Azərbaycan həm Şərq, həm də Qərb ölkələri ilə balanslaşdırılmış siyasət həyata keçirir, regional əməkdaşlığı möhkəmləndirməyə çalışır. Cənubi Qafqazda sülhün bərqərar olunması üçün sülh müqaviləsinin imzalanması istiqamətində ardıcıl və ciddi səylər göstərməsi də bunun bariz nümunəsidir.

Bununla yanaşı, Azərbaycan qlobal səviyyədə bütün bəşəriyyəti maraqlandıran məsələləri də gündəmdə saxlayır. Xüsusilə iqlim dəyişikliyi kimi bəşəri problemlərin müzakirəsində fəal mövqeyini nümayiş etdirir. Məhz Bakıda keçiriləcək COP29 tədbiri bu baxımdan mühüm əhəmiyyət daşıyır. İllərdir müxtəlif səbəblərdən nəticəsiz qalan büdcə və maliyyə məsələlərinin müzakirə olunduğu COP konfranslarında Azərbaycan məsuliyyətli mövqeyi ilə seçilmiş və bu tədbirin Bakıda keçirilməsinə nail olmuşdur. Dünyada iqlim problemləri daha da kəskinləşir, xüsusilə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemlərlə üz-üzə qalır. Belə bir zamanda COP29-un Bakıya həvalə olunması Azərbaycanın səsi eşidilməyən xalqların tribunası rolunu öz üzərinə götürməsi deməkdir. Bu addım həm humanizm, həm də qlobal məsuliyyət baxımından diqqətəlayiqdir.

Azərbaycan həmçinin yaşıl enerji sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən alternativ enerji layihələri ölkəmizi bu sahədə nümunəvi bir dövlətə çevirib. Azərbaycanın beynəlxalq siyasi nüfuzu da sürətlə artmaqdadır. Avqust ayında Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşü bunun ən aydın göstəricilərindəndir. Bununla yanaşı, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyi, Türk Dövlətləri Təşkilatına ev sahibliyi, eyni zamanda bir çox nüfuzlu iqtisadi forumlara meydan açması da ölkəmizin nüfuzunun yüksəlişindən xəbər verir.

Hesab etmək olar ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra regionda tamamilə yeni reallıq formalaşacaqdır. Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin aktivləşməsi Azərbaycanın beynəlxalq arenadakı geosiyasi çəkisini daha da artıracaq, ölkəmizi həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş mövqeyinə daşıyacaqdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri