Icma.az
close
up
RU
Yeni müəllim modeli nə keçid təhsil üçün nələr vəd edir?

Yeni müəllim modeli nə keçid təhsil üçün nələr vəd edir?

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və Təhsil Naziri Emin Əmrullayev müəllim əməyinin təşkili və yeni iş modeli barədə məlumat verərək bildirib ki, yeni model müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək sistemi formalaşdırılacaq:

“Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər”.

Nazirin sözlərinə görə, bu modeldə yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək bal toplamış müəllimlər iştirak edə biləcəklər.

Bəs, yeni modelə keçid nə üçün vacibdir və təhsil səviyyəsinin yüksəlməsinə nələri vəd edir?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllim əməyinin təşkilində illərlə davam edən “dərs saatı mərkəzli” model nə real təhsil nəticələrini yüksəltməyə, nə də müəllimin peşəkar inkişafını təmin etməyə qadirdir və bu, sistemdəki böhranı daha da dərinləşdirir:

“Son illərin beynəlxalq qiymətləndirmələrinin nəticələri açıq şəkildə göstərir ki, şagirdlərimizin riyaziyyat, oxu və təbiət elmlərində orta göstəriciləri inkişaf etmiş ölkələrdən xeyli geri qalır; riyaziyyatda orta balın 400-ə yaxın, OECD ortalamasının isə 470-dən yuxarı olması, oxu-anlama üzrə baza səviyyəsinə belə çatmayan şagirdlərin payının yarıdan çox olması onu göstərir ki, mövcud model məktəbdə şagirdə sistemli, dərin və dayanıqlı bilik vermir”.

Ekspertin fikrincə, mövcud vəziyyətin hüquqi çərçivəyə də ziddir: ““Təhsil haqqında” Qanunda ümumi təhsilin məqsədi təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin verilməsi, onların həyata və əmək fəaliyyətinə hazırlanması kimi müəyyən edilir. Eyni zamanda “Ümumi təhsil haqqında” Qanunda müəllimin sosial müdafiəsinin təmin olunması dövlətin borcu kimi təsbit edilir. Bu iki norma birlikdə onu ifadə edir ki, dövlət həm təhsilin keyfiyyətinə, həm də müəllimin sosial təminatına cavabdehdir və hər iki istiqamət bir-birindən ayrılmazdır. Elm və Təhsil Nazirliyinin təklif etdiyi yeni model məhz bu iki öhdəliyi bir sistemdə birləşdirir: müəllimin iş vaxtını 8 saatlıq iş günü prinsipi ilə təşkil edir, bunun əsasında isə daha stabil, daha yüksək və nəticəyə bağlı əməkhaqqı mexanizmi qurmaq imkanını yaradır”.

Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyinin yeni modeli məhz bu təhrif olunmuş məntiqi dəyişməyə yönəlib.

İnfrastruktur, siniflərin say həddi, MiQ yerləşmə sistemi – Risklər

Kamran Əsədov vurğulayıb ki, yeni modelə keçid zamanı infrastruktur, siniflərin say həddi, MiQ yerləşmə sistemi, regionlar üzrə diferensial əməkhaqqı, məktəb rəhbərlərinin idarəetmə keyfiyyəti paralel həll edilməlidir: “Təhsilin keyfiyyət böhranı realdır, rəqəmlər də, məktəbdəki gündəlik təcrübə də bunu təsdiqləyir. Belə şəraitdə müəllimin iş vaxtını 8 saatlıq iş günü prinsipi əsasında yenidən qurmaq, əməyini nəticəyə bağlı, sosial cəhətdən qorunan müasir peşə çərçivəsinə salmaq cəhdi təkcə məntiqli deyil, həm də zəruridir”.

Bəs beynəlxalq təcrübə nəcədir?

Təhsil üzrə mütəxəssis Vaqif Fətullayev isə  bildiribb ki, OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) TALIS (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu) tədqiqatının datalarına görə, müəllimlərin bir çox ölkələrdə həftəlik ümumi iş yükü 45–50 saat aralığındadır və bunun yalnız yarısı dərs saatları ilə bağlıdır, qalan hissəsi dərsə hazırlıq, qiymətləndirmə, şagirdə individual dəstək və müasir təlim metodları üzərində işləməyə gedir. “Məsələn, ABŞ-də orta hesabla müəllim həftədə 46 saat çalışır, bunun təxminən 28 saatı dərsdir, qalanı isə dərsdənkənar məktəbdaxili peşə fəaliyyətidir. Türkiyədə “Öğretmenlik Meslek Kanunu” müəllimin dərsdənkənar fəaliyyətlərini, yəni planlaşdırma, inkişaf, qiymətləndirmə və məktəbdaxili fəaliyyətlərdə iştirakını peşəkar öhdəlik kimi tanıyır. Qazaxıstanda isə 2020-ci ildən etibarən qüvvəyə minmiş “Pedoqoq Statusu Haqqında Qanun” müəllim əməyinin məhz dərsdənkənar komponentlərini (şagirdlə fərdi məşğələlər, metodik hazırlıq, layihələrdə iştirak, peşəkar inkişaf) rəsmi şəkildə tanıyır və bu fəaliyyətlər üçün əlavə ödəniş və motivasiya mexanizmləri tətbiq edir. Bundan əlavə, “Milli Sertifikasiya Sistemi”ndə yüksək bal toplayan müəllimlərə daha yüksək əməkhaqqı və “pedoqoq-mütəxəssis”, “pedoqoq-ekspert”, “pedoqoq-ustad” kimi statuslar verilir. Bu nümunələr göstərir ki, müəllim fəaliyyətinin böyük hissəsi sinifdən kənarda formalaşır və bu əməyin rəsmi olaraq tanınması peşəkar keyfiyyətin vacib şərtidir”.

Mütəxəssis bildirib ki, dünyanın qabaqcıl təhsil sistemlərindən olan Finlandiya, Sinqapur və Estoniya kimi yüksək nəticələr göstərən təhsil sistemlərində də müəllimlər məktəbdə həm tədris, həm də komanda işi, planlaşdırma, mentorluq və şagird dəstəyi üçün stabil vaxt çərçivəsinə malikdirlər.

Modelin tətbiqi mərhələli şəkildə aparılmalıdır

Vaqif Fətullayev yeni modelin tətbiqinin mərhələli şəkildə aparılmalı olduğunu vurğulayıb: “İlk olaraq pilot formada bir neçə məktəbdə sınaqdan keçirilməsi daha məqsədəuyğundur. Çünki regionlarda həm müəllim çatışmazlığı, həm də məktəblərin resurs imkanları müxtəlifdir. Pilot mərhələ həm riskləri azaldar, həm də praktikadan çıxan nəticələr əsasında düzəlişlər aparmağa imkan verər. Daha sonra model tədricən genişləndirilərək bütün regionlara tətbiq oluna bilər”. (trend)

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri