Icma.az
close
up
RU
Yeni müharibə başlayır? AÇIQLAMA

Yeni müharibə başlayır? AÇIQLAMA

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Hindistan və Pakistan arasında gərginlik artıb, silahlar işə düşüb.

Politoloq Əli Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, bu, ilk baxışda gözlənilməz görünə bilər, lakin dünyada baş verən hadisələrin fonunda nəzər salsaq, artıq sürpriz olacaq bir hadisə qalmayıb.

Onun sözlərinə görə, hazırkı mərhələ dünyada çox önəmli bir dönəmdir. Demək olar ki, istənilən dövlətin digər bir dövlətlə üz-üzə gəlməsi riski mövcuddur. Bu, köhnə dünyanın dağılması və yeni dünya düzəninin qurulması prosesinin ən ağrılı və kritik mərhələsidir:

“Hindistan öz ərazisində baş verən terror aktından sonra bu hücumun arxasında Pakistanın dayandığını hesab edir. Bununla da münasibətlər kəskin şəkildə gərginləşib. Tərəflər arasında etimadsızlıq yaranıb, qarşılıqlı atışmalar baş verir, sərhəd bölgələrində bağlanmalar müşahidə olunur. Hindistan ölkə ərazisindəki bütün pakistanlıları ölkədən çıxarır. Pakistan da eyni addımı atır. Artıq Pakistan ordusunun Hindistanla sərhədə yeridildiyi bildirilir və gərginliyin hər an daha da artması ehtimalı yüksəkdir”.

Ə.Mustafa bu prosesin fonunda dünyada yeni ittifaqların formalaşdığını və yeni münaqişə xətlərinin yarandığını da istisna etməyib:

“Son vaxtlar İran, Ermənistan və Hindistan arasında müəyyən yaxınlaşmanın baş verdiyini müşahidə edirik. Buna qarşı olaraq isə Pakistan, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik diqqət çəkir. Hindistan–Pakistan münaqişəsinə digər dövlətlərin də cəlb olunma ehtimalı var. Məhz bu səbəbdən biz son dərəcə ehtiyatlı və düşünülmüş addımlar atmalıyıq. Yəqin ki, hazırda bu gərginliyin dayandırılması üçün səy göstərən qüvvələr var. Lakin bu qarşıdurmada maraqlı olan güclərin də olduğunu unutmaq olmaz”.

Politoloq qeyd edib ki, hadisələrin inkişafı yaxın günlərdə daha da aydınlaşacaq. Bu gərginlik müharibəyə çevriləcək, yoxsa onun qarşısını almaq mümkün olacaq, bunu zaman göstərəcək. Hər iki ssenarinin reallaşma ehtimalı kifayət qədər real görünür.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Aprel 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see257

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see245

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see232

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see229

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see227

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see174

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see174

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see168

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see165

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see162

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see161

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see158

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see148

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see147

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see146

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see144

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri