Yeni müharibələrə başlamayacağıma söz verməmişəm Tramp
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarına yeni müharibələrə başlamayacağı ilə bağlı heç vaxt vəd vermədiyini bildirib.
Moderator.az xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.
Tramp jurnalistin seçki kampaniyası dövründə səsləndirdiyi bəyanatlarla bağlı sualını cavablandırarkən bildirib ki, onun belə bir öhdəliyi olmayıb.
"Mən müharibələrə başlamayacağıma söz verməmişəm. Əgər belə olsaydı, dünyanın ən güclü silahlı qüvvələrini niyə yaradaq?" - deyə ABŞ Prezidenti vurğulayıb.
Trampın sözlərinə görə, güclü orduya sahib olmaq ölkənin təhlükəsizliyinin təmin edilməsi və milli maraqların qorunması üçün vacibdir.
ABŞ liderinin bu açıqlaması Vaşinqtonun Yaxın Şərqdəki fəaliyyəti və regionda artan gərginlik fonunda diqqət çəkib.
Baxış sayı:89
Bu xəbər 07 İyun 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















