Yeni muxtariyyətin yaranması ilə bağlı təhlükə: Lavrov Yaxın şərqə mesaj göndərdi
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, Suriya kürdləri ilə “muxtariyyət və separatizm oyunları” konkret nəticələrə gətirib çıxarsa, bu, regionun digər ölkələrində də kürd məsələsinin alovlanması riski yarada bilər.
Globalinfo.az xəbər verir ki, Lavrov bu fikirləri “Şərqə körpülər” layihəsinə verdiyi müsahibəsində səsləndirib.
“Bir çoxlarının ənənəvi qorxusu kürd məsələsinin partlayacağıdır, çünki Suriya kürdləri ilə muxtariyyət və separatizm uğrunda bu oyunlar konkret bir şeylə nəticələnərsə, o zaman kürd məsələsi regionun bütün digər ölkələrində də partlaya bilər. Bunlar ciddi risklərdir,” – deyə nazir bildirib.
Lavrovun sözlərinə görə, bütün regional və beynəlxalq oyunçular Suriyanın vahid və bütöv dövlət kimi qalmasında maraqlı olmalıdır.
Qeyd edək ki, bundan əvvəl Suriyanın müdafiə naziri Morhef Əbu Kasra açıqlayıb ki, Suriya hökuməti və Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanlığı ölkənin şimal və şimal-şərqində cəbhə xətti boyunca tam atəşkəs barədə razılığa gəlib.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Oktyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















