Yeni nazirlik yaradılır İri dövlət qurumları ora birləşəcək
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq.
Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək.
Həmin qurumların Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "AzerGold " Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilir.
Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, “AzerGold” QSC-yə isə Zakir İbrahimov rəhbərlik edirlər.
Baxış sayı:126
Bu xəbər 06 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















