Icma.az
close
up
RU
Yeni qanun qəbul olunur: Müəllimlər də distant işləyə biləcək? AÇIQLAMA

Yeni qanun qəbul olunur: Müəllimlər də distant işləyə biləcək? AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq Azərbaycanda “distant iş” qanuniləşir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayevin açıqlamasına görə, “distant iş” anlayışı qanunvericiliyə əlavə olunub və məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək. İşin görüləcəyi yer əvvəlcədən müəyyən ediləcək və həmin yerin təhlükəsizliyi ilə bağlı əmək mühafizəsi normaları tətbiq olunacaq. İşəgötürən məsafədən iş zamanı təqdim etdiyi avadanlıq, proqram təminatı və məlumatların mühafizəsi ilə bağlı məsuliyyət daşıyacaq.

Bəs müəllimlər də distant işləyə bilərlərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirdi ki, orta təhsildə distant təhsil daha çox inklüziv mənada istifadə olunur. Amma onun sözlərinə görə, ümumi halda, COVID kimi və bənzər hadisələr xaricində, auditoriya təhsili daha məqsədəuyğundur:

"Çünki təhsil sadəcə müəyyən bir elmi bilikləri öyrətmək deyil, eyni zamanda sosiallaşma, kollektivdə davranış və s. prosesləri də əhatə edir. Ona görə də distant təhsil orta təhsildə çox az-az, bəzən isə ümumiyyətlə tətbiq edilmir. Ali təhsildə isə fənlərə görə fərqlilik mövcuddur. Hansı fənlər ki, xüsusilə ictimai ixtisaslarda daha çox tələbənin iştirakı tələb olunmur və bu dərslərin distant şəkildə keçirilməsi tədrisin keyfiyyətinə ciddi təsir göstərmirsə, həmin fənlərdə distant təhsil istifadə oluna bilər. Universitetlər üçün bu, əlavə qazanc gətirir, auditoriyaların boş qalmasının qarşısını alır, universitetdə yükün azaldılmasına və nəqliyyata da müəyyən müsbət təsir göstərir. Amma praktiki və tətbiqi dərslərdə bu, mümkün deyil".

Müsahibimiz əlavə etdi ki, COVID-dən sonra inkişaf etmiş ölkələrdə belə bir praktika mövcuddur:

"Tələbələrin dərsləri distant və əyani şəkildə iki qrupa bölünür. Hansı dərslər əyani keçiriləcəksə, onlar auditoriyada, hansı distant keçiriləcəksə, öncədən müəyyənləşdirilir. Eyni fənn həm distant, həm də auditoriya şəklində təqdim oluna bilər. Beləliklə, bu imkanlardan istifadə edərək həm təhsilin əlçatanlığı artırıla bilər, həm də daha çox tələbəyə xidmət göstərmək mümkündür. Lakin bunu ibtidai təhsildə tətbiq etmək düzgün olmaz. Orta təhsildə distant təhsil daha çox əlavə, yəni təhsilə dəstək, fakultativ və istiqamətli fənlər üçün istifadə oluna bilər. Məsələn, müəyyən sinifdən kənar məşğələlər və s. distant şəkildə təqdim edilə bilər. Tələbələrin və şagirdlərin hazırladığı təqdimatlar da bu texnologiyalardan istifadə edilməklə həyata keçirilə bilər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri