Icma.az
close
up
RU
Müəllimlər vahid formaya keçəcək? AÇIQLAMA

Müəllimlər vahid formaya keçəcək? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bəzi məktəblərdə müəllim heyətinin vahid formaya keçməsi ilə bağlı yayılan məlumatlar doğrudan da diqqət çəkir. Əslində, bu məsələ bir müddət əvvəl də gündəmə gəlmişdi”. 
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. 
O deyib ki, müəllimlərin xüsusi geyim formasına keçməsi müsbət və təqdirəlayiq haldır:
“Təbii ki, bu qərarı təhsilin keyfiyyəti ilə birbaşa əlaqələndirmək düzgün deyil. Bu, daha çox vizual və estetik görüntü, peşə fərqləndiricisi kimi qiymətləndirilə bilər. Sosial bərabərliyin qorunması baxımından da müəyyən üstünlüklər təqdim edə bilər. Unutmayaq ki, bir çox peşə sahələrində xüsusi geyimlər mövcuddur və bu da cəmiyyətdə həmin peşə sahiblərinə xüsusi münasibət formalaşdırır. Müəllimlərimizə də cəmiyyətimizdə hər zaman hörmət və ehtiram olub. Bu baxımdan vahid geyim müəllim nüfuzuna uyğun ola bilər. Lakin ən vacib məsələ bu təşəbbüsün sui-istifadəyə çevrilməməsidir. Yəni bu proses məktəb direktorları və ya bəzi işbazlar üçün gəlir mənbəyinə çevrilməməlidir”.
İ.Orucov əlavə edib ki, qiymətlərin süni şəkildə artırılması, monopolist yanaşmalar, keyfiyyətsiz məhsulların təklif olunması bunların heç biri qəbulolunmazdır:
“Bu məsələ ilə bağlı bəzi şayiələrin dövriyyəyə buraxılması da mümkündür. Ola bilər ki, arxasında müəyyən maraqlar var. Əsas odur ki, bu məsələ şəffaf və ədalətli şəkildə həll edilsin. Müəllimlər üçün vahid geyim forması müsbət addım ola bilər, amma yalnız estetik görünüş, peşə etikasının qorunması və sosial bərabərlik məqsədi ilə tətbiq olunmalıdır. Əgər bu prinsip qorunarsa, əlbəttə ki, təşviq edilməlidir. Əks halda, ciddi ictimai narazılıq yarada bilər”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri