Icma.az
close
up
RU
Yeni qaydalar, köhnə “Prius”lar...

Yeni qaydalar, köhnə “Prius”lar...

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə ay öncə AYNA taksi fəaliyyəti üçün yeni qaydalar, yeni şərtlər tətbiq etdi. Bununla taksi fəaliyyətinin yaxşılaşdırılacağı deyilirdi. Amma bu yaxşılaşma özünü ancaq taksilərin əlçatanlığının azalmasında, qiymətlərin ikiqat bahalaşmasında göstərir. Heç köhnə maşınlar da dövriyyədən çıxmadı. Hazırda taksi dövriyyəsində əksər maşınlar yenə də köhnə “Prius”lardır.

Hurriyyet.Az xəbər verir ki, sürücülər təzə maşınla qeydiyyatdan keçir, amma sifarişə köhnə “Prius”, köhnə “Opel”lərlə gəlirlər.

Avqust ayının əvvəlində AYNA sosial media platformalarında vətəndaş müraciətləri əsasında görülən tədbirlər barədə paylaşım etdi.

Vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.

Qurum vətəndaşlara müraciətində bildirib:

“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.

Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a şərhində problemin tam həll olunmamasının əsas səbəbini belə izah edib: “Vaxtilə ictimai nəqliyyat şaxələndirilməyib. Mövcud olan tramvay, trolleybus xətləri sökülüb, bir kənara atılıb. Bu gün ictimai nəqliyyat ancaq avtobus və metrodan  ibarətdir. Yük əsas bu iki seqmentə düşüb. Pandemiya dövründə və ondan sonra da taksilərə tələb artdı. Hazırda vətəndaşların daha çox ictimai nəqliyyatdan istifadə etmələrinə baxmayaraq, taksilərə üstünlük verənlər də var. Amma obyektiv yanaşsaq,  taksi fəaliyyətinin indiki vəziyyəti iki il öncə olan vəziyyətdən qat-qat yaxşıdır. Əvvəllər xarici taksi şirkətləri bizim ölkəmizə gəlib fəaliyyət göstərirdilər, amma baş verən mübahisələrin həllində özlərini kənara çəkirdilər. Yeni qanunlar ona görə qəbul edildi, yeni qaydalar ona görə tətbiq olunmağa başladı ki, dövlət qurumlarında müvafiq təsir “rıçaqları” yaransın. Məqsəd həmin taksi şirkətlərinə təsir edib taksilərin keyfiyyətli və təhlükəsiz fəaliyyət göstərməsinə nail olmaqdır. Çünki cəmiyyət artıq bəzi taksi şirkətlərindən, sürücülərdən bezmişdi. Doğrudur, bunu hamıya aid etmək olmaz”.

Ekspert hesab edir ki, taksi xidmətində keyfiyyət yüksəlməsə də, ən azı  təhlükəsizliyə nail olunub: “Mən bu ilin sonuna qədər köhnə taksilərin qalmasının tərəfdarıyam. Düşünürəm ki, bu ilin sonuna kimi taksi sürücülərinə və şirkətlərə özlərini toplamaq üçün möhlət vermək olar. Amma bunu gələn ilə saxlamaq olmaz. Çünki ictimai nəqliyyat mövcud yükü qaldırmaq gücündə deyil. Hesab edirəm ki, vəziyyət yavaş-yavaş tənzimlənir. Biz cəmiyyət olaraq da qurumlarla birgə buna nail ola bilərik. Öncədən də bəlli olduğu kimi, proses qısa müddətdə həll oluna bilməz. Amma yenə də əvvəlkinə nisbətən taksi daha təhlükəsiz olub. Keyfiyyətdə ciddi dəyişiklik olmasa da, mərhələ-mərhələ buna da nail olacağıq. Taksi sürücülərinin əksəriyyəti aztəminatlı vətəndaşlardır. Lakin bu o demək deyil ki, biz bu sahəni nəzarətsiz buraxmalıyıq. Cəmiyyətin ictimai nəqliyyat üzərində daimi nəzarəti olmalıdır.  Mən düşünürdüm ki, sentyabrın 15-nə kimi köhnə taksilər yığışdırılacaq, amma taksi xidmətində hələ də köhnə avtomobillər qalmaqdadır. Bununla yanaşı, kobud taksi sürücülərinin sayı xeyli azalıb. Taksiyə artıq bir peşə kimi yanaşılır. Fikrimcə, bu ilin sonuna kimi güzəştlər edib, gələn ilin yanvar ayından etibarən tam keyfiyyətli taksi xidmətini əldə edə bilərik. Təəssüf ki, xarici taksi şirkətləri bəzi qaydaları pozmağa meyllidir. Bu səbəbdən də daim nəzarətə ehtiyac var. Taksi xidmətinin nə zaman yüksək keyfiyyətli səviyyəyə çatacağını demək çətindir. Yeni qanunların hamısını qısa müddətdə sərt şəkildə tətbiq etməyə başlasaq, vətəndaşlar üçün çox çətin olacaq. Proses balanslı aparılmalıdır. Bunu avtobusların, metroda qatarların sayını artıraraq etmək lazımdır. İctimai nəqliyyatda lazımi qədər nəqliyyat vasitələri olduqda, intervallar azaldıqda keyfiyyətsiz taksi xidməti sıradan çıxacaq. Vətəndaşlar keyfiyyətsiz taksidə getməkdənsə, keyfiyyətli ictimai nəqliyyata üstünlük verəcəklər. Bu proses bir qədər zaman tələb edir”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə vətəndaşların mövcud problemlərlə bağlı AYNA-ya müraciət etməsinin tərəfdarıdır: “AYNA aidiyyəti müraciət üzrə araşdırma aparmalı, fakt öz təsdiqini taparsa, daşıyıcını xətdən uzaqlaşdırmalıdır. Əgər sifariş verilən avtomobil gələn avtomobillə eyni deyilsə, xətdən uzaqlaşdırılmalı, icazəsi də ləğv olunmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see351

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see274

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see249

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see241

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see240

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see236

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see229

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see228

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see227

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see221

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see217

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see216

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see207

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see192

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see181

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see180

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see179

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see171

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri