Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

Yeni qaydalar, köhnə “Prius”lar... Yeni Sabah

Yeni qaydalar, köhnə “Prius”lar... Yeni Sabah

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bir neçə ay öncə AYNA taksi fəaliyyəti üçün yeni qaydalar, yeni şərtlər tətbiq etdi. Bununla taksi fəaliyyətinin yaxşılaşdırılacağı deyilirdi. Amma bu yaxşılaşma özünü ancaq taksilərin əlçatanlığının azalmasında, qiymətlərin ikiqat bahalaşmasında göstərir. Heç köhnə maşınlar da dövriyyədən çıxmadı. Hazırda taksi dövriyyəsində əksər maşınlar yenə də köhnə “Prius”lardır.

Sürücülər təzə maşınla qeydiyyatdan keçir, amma sifarişə köhnə “Prius”, köhnə “Opel”lərlə gəlirlər.

Avqust ayının əvvəlində AYNA sosial media platformalarında vətəndaş müraciətləri əsasında görülən tədbirlər barədə paylaşım etdi. 

Vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.

Qurum vətəndaşlara müraciətində bildirib: 

“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də "141" Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.

Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək".

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a şərhində problemin tam həll olunmamasının əsas səbəbini belə izah edib: “Vaxtilə ictimai nəqliyyat şaxələndirilməyib. Mövcud olan tramvay, trolleybus xətləri sökülüb, bir kənara atılıb. Bu gün ictimai nəqliyyat ancaq avtobus və metrodan  ibarətdir. Yük əsas bu iki seqmentə düşüb. Pandemiya dövründə və ondan sonra da taksilərə tələb artdı. Hazırda vətəndaşların daha çox ictimai nəqliyyatdan istifadə etmələrinə baxmayaraq, taksilərə üstünlük verənlər də var. Amma obyektiv yanaşsaq,  taksi fəaliyyətinin indiki vəziyyəti iki il öncə olan vəziyyətdən qat-qat yaxşıdır. Əvvəllər xarici taksi şirkətləri bizim ölkəmizə gəlib fəaliyyət göstərirdilər, amma baş verən mübahisələrin həllində özlərini kənara çəkirdilər. Yeni qanunlar ona görə qəbul edildi, yeni qaydalar ona görə tətbiq olunmağa başladı ki, dövlət qurumlarında müvafiq təsir "rıçaqları" yaransın. Məqsəd həmin taksi şirkətlərinə təsir edib taksilərin keyfiyyətli və təhlükəsiz fəaliyyət göstərməsinə nail olmaqdır. Çünki cəmiyyət artıq bəzi taksi şirkətlərindən, sürücülərdən bezmişdi. Doğrudur, bunu hamıya aid etmək olmaz".

Ekspert hesab edir ki, taksi xidmətində keyfiyyət yüksəlməsə də, ən azı  təhlükəsizliyə nail olunub: “Mən bu ilin sonuna qədər köhnə taksilərin qalmasının tərəfdarıyam. Düşünürəm ki, bu ilin sonuna kimi taksi sürücülərinə və şirkətlərə özlərini toplamaq üçün möhlət vermək olar. Amma bunu gələn ilə saxlamaq olmaz. Çünki ictimai nəqliyyat mövcud yükü qaldırmaq gücündə deyil. Hesab edirəm ki, vəziyyət yavaş-yavaş tənzimlənir. Biz cəmiyyət olaraq da qurumlarla birgə buna nail ola bilərik. Öncədən də bəlli olduğu kimi, proses qısa müddətdə həll oluna bilməz. Amma yenə də əvvəlkinə nisbətən taksi daha təhlükəsiz olub. Keyfiyyətdə ciddi dəyişiklik olmasa da, mərhələ-mərhələ buna da nail olacağıq. Taksi sürücülərinin əksəriyyəti aztəminatlı vətəndaşlardır. Lakin bu o demək deyil ki, biz bu sahəni nəzarətsiz buraxmalıyıq. Cəmiyyətin ictimai nəqliyyat üzərində daimi nəzarəti olmalıdır.  Mən düşünürdüm ki, sentyabrın 15-nə kimi köhnə taksilər yığışdırılacaq, amma taksi xidmətində hələ də köhnə avtomobillər qalmaqdadır. Bununla yanaşı, kobud taksi sürücülərinin sayı xeyli azalıb. Taksiyə artıq bir peşə kimi yanaşılır. Fikrimcə, bu ilin sonuna kimi güzəştlər edib, gələn ilin yanvar ayından etibarən tam keyfiyyətli taksi xidmətini əldə edə bilərik. Təəssüf ki, xarici taksi şirkətləri bəzi qaydaları pozmağa meyllidir. Bu səbəbdən də daim nəzarətə ehtiyac var. Taksi xidmətinin nə zaman yüksək keyfiyyətli səviyyəyə çatacağını demək çətindir. Yeni qanunların hamısını qısa müddətdə sərt şəkildə tətbiq etməyə başlasaq, vətəndaşlar üçün çox çətin olacaq. Proses balanslı aparılmalıdır. Bunu avtobusların, metroda qatarların sayını artıraraq etmək lazımdır. İctimai nəqliyyatda lazımi qədər nəqliyyat vasitələri olduqda, intervallar azaldıqda keyfiyyətsiz taksi xidməti sıradan çıxacaq. Vətəndaşlar keyfiyyətsiz taksidə getməkdənsə, keyfiyyətli ictimai nəqliyyata üstünlük verəcəklər. Bu proses bir qədər zaman tələb edir”. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə vətəndaşların mövcud problemlərlə bağlı AYNA-ya müraciət etməsinin tərəfdarıdır: “AYNA aidiyyəti müraciət üzrə araşdırma aparmalı, fakt öz təsdiqini taparsa, daşıyıcını xətdən uzaqlaşdırmalıdır. Əgər sifariş verilən avtomobil gələn avtomobillə eyni deyilsə, xətdən uzaqlaşdırılmalı, icazəsi də ləğv olunmalıdır”.  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Noyabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see345

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see232

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see228

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see212

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see211

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see208

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see198

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see180

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see179

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see177

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see174

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see173

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see173

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see172

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see169

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see165

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see161

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri