Icma.az
close
up
RU
Tehranın həyasızlığı davam edir: Köhnə “ittiham”lar yeni “konteksdə”

Tehranın həyasızlığı davam edir: Köhnə “ittiham”lar yeni “konteksdə”

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

12 günlük müharibədən sonra uğursuzluqlarını başqalarının üzərinə atmaq üçün İrandakı molla rejimi yeni “hədəflər” müəyyən edib.

Tribunainfo.az xəbər verir ki, rəsmi Tehran əvvəlcə İraq və Türkiyəni hədəfə alsa da, dişi batmadığı üçün bu sevdadan əl çəkdi.

Ardından isə “asan loxma” kimi zənn etdiyi Azərbaycana qarşı əsassız ittihamlara başladı. İsrail PUA-larının guya, Azərbaycandan qalxdığına dair iddia irəli sürən İran, bunun araşdırlmasını istəyirdi. Amma özləri də yaxşı bildirdilər ki, dediklərində zərrə qədər həqiqət yoxdur. İran XİN-i bu barədə açıqlama verərək, Azərbaycanın sözünə sadiq olduğunu və PUA-ların bu ölkədən qalxmadığına əmin olduqlarını dilə gətirdi.

Lakin görünən odur ki, İran rejiminə bağlı bəzi qüvvələr sakit oturmaq fikrində deyil. Elə bu səbəbdən də köhnə nağılları yenidən gündəmə gətirməyə başlayıblar.

Ötən gün “Donyaye Eqtesad” qəzeti mövzunu yenidən qaldırıb. “Məsələ iki ölkə arasında qaldırılıb. Lakin görünür, Bakının mövqeyi ölkəmizin hakimiyyət orqanlarının bütün narahatlıqlarını həll edə bilməyib. Çünki sübutlar, eləcə də Bakı ilə Təl-Əviv arasında son illərdəki münasibətlərdəki diplomatik tendensiyalar dərin və strateji əlaqədən xəbər verir ki, bu hadisəni təhlil edərkən göz ardı etmək olmaz”.

Iran qəzeti bir qədər də irəli gedərək İsrailin Azərbaycanda səfirliyinin açılmasına gülməli “don” geyindirib. “Bakıda İsrail səfirliyinin açılaması Təl-Əvivin İran sərhədləri yaxınlığında trans-regional koordinasiyasının bariz göstəricisidir. Son onillikdə Tel-Əviv özünü Azərbaycanın hərbi, kəşfiyyat və iqtisadi tərəfdaşı kimi göstərməyə çalışıb. Qarabağda qələbə çalmasında mühüm rol oynayıb”.

Farsdilli nəşr bununla da yetinməyib “Belə bir kontekstdə sionist rejimin kəşfiyyatı və ya Azərbaycan ərazisindən İrana hücum etmək üçün operativ şəkildə istifadə etməsi fərziyyəsi, hətta dolayı yolla da təsdiqlənərsə, Tehran öz şimal sərhədlərində təhlükəsizlik tədbirlərini yenidən müəyyənləşdirməyə və Bakı ilə əlaqələrin gələcəyinə yenidən baxmağa məcbur olacaq” sğzlərini yazıb.

Digər bir İran qəzeti “Fərhixtegan” isə yazıb ki, İran Azərbaycan hökumətinin təkzibini yoxlamalıdır. “Ölkənin şimal-qərbində PUA qalıqlarının tapılması şübhəlidir”.

Azərbaycanın bunca təminatları və sübutlarına baxmayaraq, İran rejimi dayanmaq bilmir. Ötən gün İRİB TV-də danışan Tehran Universitetinin professoru və Avrasiya-Qafqaz məsələləri üzrə ekspert Dariuş Səfərnejad həddi bir qədər də aşıb. O deyib: “İran tərəfi tamamilə əmindir ki, ölkəyə Azərbaycan ərazisindən hücum edilib və bu məsələ tam sənədləşdirilib və inkar edilə bilməz. Azərbaycan diqqətli olmalıdır, pis davranışlar davam edərsə, bunun ağır nəticələri olacaq. İsrail qırıcıları Azərbaycanın hava məkanını keçməsə də, uçuşlar bu ölkədən həyata keçirilib.  Məsələ yalnız İsrailin Bakının obyektlərindən istifadə etməsində deyil, çünki Bakının özü İsraildir”.

P.S. Bu həyasızlar heç bir şəkildə dayanmaq bilmirlər. Ağızlarına gələni danışaraq, iki ölkə arasında münasibətləri birmənalı şəkildə korlamaq fikrindədirlər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində İrana qarşı istifadə olunmayıb. Üstəlik, Azərbaycan buna imkan vermədiklərini və bundan sonra da verməyəcəklərini bəyan edib. Di gəl, sakitləşə bilməyən və öz uğursuzluqlarını ört-basdır etmək üçün bəhanələr uyduran İran rejimi, Azərbaycanın varlığından belə ciddi narahat olmağa başlayıb. Ona görə də, müxtəlif bəhanələr, yalan məlumatları “əsas tutub” bir şəkildə toqquşmaq istəyirlər. Buyursunlar, gələcəkləri varsa, görəcəkləri də var.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 İyul 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri