Icma.az
close
up
RU
Birtərəfli addımlar və qlobal perspektivlər ŞƏRH

Birtərəfli addımlar və qlobal perspektivlər ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

1 iyul 2026-cı il tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana rəsmi səfəri, təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək geosiyasi və iqtisadi mənzərəsinin müəyyən edilməsi baxımından tarixi bir hadisə kimi qiymətləndirilir. Bakıda keçirilən yüksək səviyyəli görüşlər və mətbuata verilən bəyanatlar, regionda uzunmüddətli sülhün qurulması, regional təhlükəsizliyin möhkəmləndirilməsi və qlobal enerji arxitekturasının yenidən formalaşdırılması kontekstində mühüm strateji mesajlarla yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuat bəyanatında səsləndirdiyi fikirlər, xüsusilə də sülh prosesinə dair nümayiş etdirilən fundamental yanaşma, ölkəmizin regionda təhlükəsizliyin və sabitliyin əsas təminatçısı rolunu bir daha beynəlxalq birliyin diqqətinə çatdırmışdır. Bu səfər, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında formalaşan və strateji xarakter daşıyan tərəfdaşlığın yeni reallıqlar çərçivəsində daha da dərinləşdiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin bəyanatında regional sülh diplomatiyasının fəlsəfəsini və Azərbaycanın humanitar prinsiplərə sadiqliyini ifadə edən ən mühüm məqam, sülhün sadəcə hüquqi müstəvidə deyil, real həyatda bərqərar olması ilə bağlıdır. Dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, sülh prosesi sadəcə rəsmi sənədlərin imzalanması ilə məhdudlaşmamalı, onun müsbət nəticələri cəmiyyətlərin və insanların gündəlik həyatında bilavasitə hiss olunmalıdır. Azərbaycan bu istiqamətdə fundamental addımlar ataraq, regionun gələcəyini əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurmaqda qətiyyətli olduğunu sübut etmişdir. Bu birtərəfli addımlar çərçivəsində Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşması, delimitasiya prosesinin dinc dialoq yolu ilə aparılması və etimad mühitinin yaradılması məqsədilə irəli sürülən humanitar təşəbbüslər xüsusi çəkiyə malikdir. Azərbaycanın nümayiş etdirdiyi bu xoş məram, regionda revanşizm meyllərinin zəiflədilməsinə və onilliklər boyu davam edən düşmənçilik səhifəsinin tamamilə qapadılmasına xidmət edir.

“Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq.”

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də öz çıxışında Azərbaycan Prezidentinin bu istiqamətdəki şəxsi liderliyini, sülh müqaviləsinin əsas təşəbbüskarı olmasını yüksək qiymətləndirmiş və Avropa İttifaqının bu tarixi prosesə tam dəstək verdiyini bəyan etmişdir. Aİ rəhbərliyi tərəfindən qeyd olunmuşdur ki, sülhün kağız üzərindən real təcrübəyə köçürülməsi üçün tərəflərin birgə işləməsi və Azərbaycanın atdığı bu cür cəsarətli, birtərəfli sülh addımlarının qarşı tərəfdən də adekvat şəkildə cavablandırılması vacibdir. Bu kontekstdə, sülh proqramı çərçivəsində regionda ən böyük maneələrdən biri olan mina probleminin həlli üçün Avropa İttifaqı tərəfindən Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə yeni 20 milyon avro vəsaitin ayrılması qərarı, sülhün real həyatda təhlükəsizlik mühiti yaratmasına yönəlmiş birgə səylərin bariz nümunəsidir.

Səfər çərçivəsində müzakirə olunan digər mühüm istiqamət isə Azərbaycan və Avropa İttifaqı münasibətlərində hazırda müşahidə olunan görünməmiş dinamikadır. Cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında ise Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasın Bakıya reallaşan uğurlu səfərlərindən sonra Ursula Fon der Lyayenin rəsmi gəlişi əlaqələrin ən yüksək səviyyədə və intensiv şəkildə inkişaf etdiyini göstərir. Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda strateji baxımdan ən etibarlı və mühüm tərəfdaşdır. Təsadüfi deyil ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizindən çoxu məhz Aİ-yə üzv dövlətlərin payına düşür. Bundan başqa, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqaz ölkələri ilə apardığı ümumi ticarətin təxminən 70 faizinin məhz Azərbaycanla reallaşması ölkəmizin regionun iqtisadi lokomotivi və qlobal bazarlarla inteqrasiyada əvəzolunmaz körpü rolunu təsdiqləyir.

Münasibətlərin çoxvektorlu inkişafı, həmçinin ənənəvi karbohidrogen resurslarının nəqlindən yaşıl enerjiyə keçid sahəsindəki qlobal əməkdaşlığa qədər böyük bir spektri əhatə edir. Dörd il əvvəl Bakıda imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumundan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində kritik rol oynamış və bu dövr ərzində Avropaya təbii qaz ixracını 65 faiz artırmışdır. Ursula Fon der Lyayen çıxışında xüsusilə vurğulamışdır ki, qlobal enerji böhranı şəraitində Azərbaycan özünü hər zaman etibarlı tərəfdaş kimi aparmış və Avropanın çətin anlarında enerji tədarükünü fasiləsiz təmin etmişdir. Bu gün isə bu tərəfdaşlıq yeni bir mərhələyə qədəm qoyur; Azərbaycan Xəzər dənizinin nəhəng ofşor külək enerjisi potensialı sayəsində Avropa İttifaqının bərpa olunan enerji tərəfdaşına çevrilir. Avropa İttifaqı Azərbaycanın yaşıl elektrik enerjisi qovşağına çevrilmək ambisiyasını, nəqliyyat, rəqəmsal bağlılıq və yaşıl infrastruktur layihələrini dəstəkləmək məqsədilə Cənubi Qafqaza 200 milyon avroya qədər yeni investisiya paketi ayırmağı planlaşdırır. Nəticə etibarilə, atılan bu birtərəfli sülh addımları və dərinləşən qlobal tərəfdaşlıq, Cənubi Qafqazı münaqişələrdən uzaq, Avropa və Mərkəzi Asiya arasında strateji və dinc bir qovşağa çevirməkdədir.

Səbinə Əliyeva

YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 İyul 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri