Icma.az
close
up
RU
Yeni reallıqlar yeni imkanlar deməkdir

Yeni reallıqlar yeni imkanlar deməkdir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycançılıq ideyasının təbliği


Azərbaycançılıq ideologiyası siyasətinin davam etdirilməsi mühüm aktuallıq kəsb edir


“Azərbaycan nəinki ölkə daxilində azərbaycançılıq siyasətinə diqqət yetirir, eyni zamanda sivilizasiyalararası dialoqun qurulmasında da təşəbbüslərlə çıxış edir”



  Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

  Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.

  Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Azərbaycançılıq özündə "vətəndaşlıq", "vətənpərvərlik", "loyallıq", habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.

  Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, azərbaycançılıq Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, ifrat millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır: “Azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideologiyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin əsaslarının gücləndirilməsinə xidmət edir. Azərbaycançılığın xalqımızın milli-tarixi sərvəti olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi-ideoloji əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılığın məzmununu müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Lakin azərbaycançılıq ideologiyası Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, ölkəmizin güclənməsini istəyən insanları birləşdirir”.

  Deputat qeyd edib ki, azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir: "Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyinə, birliyinə və hüquqi, demokratik dövlət kimi inkişafına xidmət edən hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Azərbaycançılıq milli məsuliyyəti də özündə ehtiva edir. Bu məqamda, vurğulamaq yerinə düşər ki, azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də daşıyır. Bu ideologiya Azərbaycan Respublikasında azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Məlumdur ki, müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa da təsir göstərir. Çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir".

Azərbaycançılıq ideyasının birləşdirici dəyər olması ilə bağlı məqama xüsusi diqqət edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, siyasi şərhçi İlyas Hüseynov  "Sherg.az"a  açıqlamasında qeyd edib ki, 44 günlük Vətən savaşında Azərbaycan xalqını bir araya gətirən də məhz azərbaycançılıq ideologiyası oldu:


“2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində azərbaycançılıq ideologiyasının milli birliyimizi necə qüvvətləndirdiyinin biz canlı şahidi olduq. Dini mənsubiyyətindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs silaha sarıldı və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdı.

44 günlük Vətən müharibəsi dövlətimizin düşmən üzərindəki qələbəsini təmin etməklə yanaşı, azərbaycançılıq ideyasının, bu ideyanın əsas tərkib hissələrindən biri olan multikulturizm dəyərinin inkişafına da töhfə verdi. Müharibə bir daha sübut etdi ki, ölkəmizdə bütün xalqların səmimi, tarixi və qırılmaz birliyi mövcuddur”.

  Politoloq hesab edir ki, çoxları multikulturalizmin sonunun çatdığını bildirsələr də, Azərbaycan öz siyasəti ilə getdi və Azərbaycanın yerləşdiyi geosiyasi məkan və ölkəmizdəki etnik qruplar istiqamətində aparılan siyasət dünyada nümunə kimi göstərilir: “Azərbaycanın multikulturalizm modeli haqqında dünyanın aparıcı universitetlərində mühazirələr oxunur. Bu da ölkəmizin azərbaycançılıq ideologiyasına nə qədər sadiqliyini nümayiş etdirir. Düşünürəm ki, bu, ən unikal modeldir. Buna qədər irəli sürülən hər hansısa yanaşmalar çox qüsurlu olub. Bu da ölkəmizdə narazılığın yaranmasına səbəb olmuşdur. Həm  torpaq itkisi də bu və ya digər formada həm də ölkədə aparılan doğru siyasətin olmaması, hakimiyyətin səriştəsizliyi və ordumuzun təkmil şəkildə formalaşmaması ilə bağlı idi. Lakin düşünürəm ki, yeni reallıqlarda multikulturalizm modelinin inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyası siyasətinin davam etdirilməsi mühüm aktuallıq kəsb edir. Azərbaycan nəinki ölkə daxilində azərbaycançılıq siyasətinə diqqət yetirir, eyni zamanda sivilizasiyalararası dialoqun qurulmasında da təşəbbüslərlə çıxış edir. Azərbaycanda BMT-nin sivilizasiyalararası dialoqunun keçirilməsi, Bakı forumlarının, humanitar forumların həyata keçirilməsi bu məsələ ilə bağlı olan bütün mütəxəssislərin dialoq platformasına çevrilir.

  Dünya azərbaycanlılarının COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yaydığı bəyanatı xatırladan İ.Hüseynov deyib ki, xaricdə yaşayan azərbaycanlılar  da ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir. Xaricdə yaşayan həmyerlilərimiz  11-22 noyabr 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini olduqca vacib saydıqlarını və  bu tədbirin dünyada ətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inandıqlarını bəyan etmişdilər: “Zənnimcə, Azərbaycan sivilizasiya və mədəniyyət məkanı kimi COP29-da özünü  yüksək səviyyədə doğrulda bildi. Bir daha dünyaya sübut elədik ki, dövlətimizin sivilliyi və mədəniyyəti dünya miqyasında məsuliyyətli tədbirlər təşkil etməyə tam yetərlidir. Obrazlı desək, Azərbaycan sübut etdi ki, sivillik və mədəniyyətlilik aspektlərində də qitələr arasında vacib körpü rolunu oynaya bilər. COP29-dan çıxarıla biləcək ilk əhəmiyyətli nəticələrdən biri bundan ibarətdir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see248

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see234

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see230

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see226

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see224

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see219

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see216

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see214

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see211

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see198

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see195

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see195

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see194

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see191

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see189

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see187

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see182

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see174

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri