Icma.az
close
up
RU
Azərbaycan Almaniya tərəfdaşlığı: geosiyasi reallıqlar və yeni iqtisadi imkanlar

Azərbaycan Almaniya tərəfdaşlığı: geosiyasi reallıqlar və yeni iqtisadi imkanlar

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan və Almaniya arasında inkişaf edən siyasi tərəfdaşlıq son illərdə daha da möhkəmlənmiş və əhatəli bir xarakter almışdır. Xüsusilə Almaniya Federativ Respublikası Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri bu əlaqələrin əhəmiyyətini bir daha nümayiş etdirir. Bu səfər iki ölkə arasında münasibətlərin daha da güclənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına töhfə vermişdir.

Almaniya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Hər iki dövlətin paytaxtında səfirliklərin fəaliyyət göstərməsi və ardıcıl diplomatik görüşlər ikitərəfli əlaqələrin mühüm önəm kəsb etdiyini göstərir. Prezident Frank-Valter Ştaynmayerin səfəri, xüsusilə diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaratmışdır. Bu səfər həm də bir çox mühüm məsələlərin müzakirə olunmasına və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaratmışdır. İkitərəfli diplomatik əlaqələrin inkişafı, həmçinin işgüzar müzakirələr, mədəniyyət və təhsil sahələrində əməkdaşlıqla da dəstəklənir.
Prezident İlham Əliyev mətbuata bəyanatında bu səfərin çox müsbət nəticələri olacağını diqqətə çatdırıb: “İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
Avropada Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Almaniya ilə cari ilin ilk iki ayında ticarət dövriyyəsinin üç dəfə artması bu əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini sübut edir. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur, lakin ticari əlaqələrin şaxələndirilməsi, xüsusən qeyri-neft sektoru üzrə əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Almaniyanın texnoloji sahədə inkişaf etmiş şirkətləri ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində mühüm rol oynaya bilər. Həmçinin, bərpaolunan enerji sahəsində dövlətlərarası təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi bu sahənin inkişafını sürətləndirəcək. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsalını 6 giqavata çatdırmağı hədəfləyir, bu məsələdə Almaniya şirkətlərinin sərmayələri və texnoloji dəstəyi mühüm önəm kəsb edir.
COP29 tədbirinin Azərbaycanda keçirilməsi ekoloji siyasət və iqlim dəyişikliyi ilə mübarizədə yeni imkanlar yaratmışdır. Almaniya bu konfransda aktiv rol oynamış və bərpaolunan enerji sahəsində ölkəmizlə mütəmadi əməkdaşlıq qurmuşdur. Bu konfransda 197 ölkə iştirak etmiş və 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. Konfrans qlobal ekoloji problemlərin həlli üçün geniş platforma təqdim etmiş və dövlətlər arasında əməkdaşlıq müzakirələrinin aparılmasına yol açmışdır. Almaniya ilə ekoloji səmərəliliyin artırılması istiqamətində görülən işlər, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə geniş əməkdaşlıq əlaqələri qurulmasına zəmin yaratmışdır. Bu, həmçinin Azərbaycan üçün beynəlxalq ekoloji siyasətdə daha fəal iştirak etmək və ətraf mühitin qorunması istiqamətində yeni tədbirlər həyata keçirmək üçün mühüm bir addım olmuşdur.
İki ölkənin beynəlxalq müstəvidəki rolunu nəzərə alaraq, bu tərəfdaşlıq qlobal və regional təhlükəsizlik məsələlərinə müsbət təsir göstərir. Almaniya Azərbaycanın Avropada strateji əhəmiyyətini tanıyan bir tərəfdaş olaraq, ölkəmizin təhlükəsizlik sahəsindəki mövqeyini dəstəkləyir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli və post-münaqişə dövründə sülhün bərqərar olması məsələsində Almaniya diplomatik vasitəçi kimi fəaliyyət göstərərək mühüm rol oynayır.
Almaniya və Azərbaycan arasında diplomatik, iqtisadi və ekoloji əlaqələrin dərinləşməsi iki dövlət arasında tərəfdaşlığın yeni bir mərhələsini təşkil edir. Xüsusilə enerji sektorunda – bərpaolunan enerji mövzusunda işlərin aparılması, COP29 konfransının nəticələri və ticarətin şaxələndirilməsi Almaniya-Azərbaycan tərəfdaşlığının geosiyasi və iqtisadi səviyyədə daha da güclənəcəyini göstərir. Həmçinin, bu əməkdaşlıq hər iki ölkənin beynəlxalq münasibətlərdə daha da yaxınlaşmasına və qlobal təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamasına şərait yaradacaqdır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri