Yeni Roma Papasının birinci müraciəti Ədalətli və davamlı sülhə çağırdı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Yeni Roma Papası XIV Leo ilk müraciətində Ukraynada ədalətli və davamlı sülhə və Qəzzada dərhal atəşkəsə çağırıb.
Yeniavaz.com xəbər verir ki, Vatikanda Müqəddəs Pyotr meydanına toplaşanlara eyvandan çıxış edən XIV Leo bir daha dünyanın böyük dövlətlərinə “Daha müharibə olmasın” çağırışı ilə müraciət etdiyini bəyan edib:
“Sevimli Ukrayna xalqının əzabını ürəyimdə daşıyıram”, - Roma Papası deyib.
Yeni seçilmiş Papa hərbi əsirlərin azad edilməsinə və ukraynalı uşaqların ailələrinə qaytarılmasına çağırıb.
XIV Leo öz müraciətində Qəzza zolağındakı müharibədən də danışaraq, orada hərbi əməliyyatların dərhal dayandırılmasını, yorğun mülki əhaliyə humanitar yardımın göstərilməsini və bütün girovların azad edilməsini tələb edib.
Papa Hindistan və Pakistan arasında atəşkəs razılaşmasını da alqışlayıb.
KİV-in məlumatına görə, yeni pontifikin ilk müraciətini dinləmək üçün meydana təxminən 100 min insan gəlib.
Xatırladaq ki, mayın 8-də keçirilən konklavda yeni Papa seçilib.Tarixdə 267-ci Papa amerikalı Robert Prevo olub. O, Roma Katolik Kilsəsinə rəhbərlik edən ilk amerikalı olub.
Baxış sayı:77
Bu xəbər 11 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















