Icma.az
close
up
RU
Yeni səfirliyin torpaq sahəsi Kobaxidzeyə təhvil verildi YENİLƏNİB

Yeni səfirliyin torpaq sahəsi Kobaxidzeyə təhvil verildi YENİLƏNİB

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda Gürcüstan səfirliyinin yeni binası tikiləcək.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Gürcüstanın 3450 kvadratmetrlik səfirliyinin binası üçün ayrılmış torpaq sahəsi baş nazir İrakli Kobaxidzenin səfəri zamanı təhvil verilib.

Gürcüstan hökumətinin başçısı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri ilə birlikdə əraziyə baxış keçirib.

Yaxın vaxtlarda Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinin binasının tikintisinə başlanacaq.

***12:10

"Hazırkı səfər zamanı sizinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş planlaşdırılır ki, bu da qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından çox vacibdir".

"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov gürcü həmkarı İrakli Kobaxidze ilə Bakıda keçirilən görüşü zamanı deyib. 

Əli Əsədov Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında COP29 konfransında fəal iştirakına görə Gürcüstan hökumətinin başçısına təşəkkür edib və qeyd edib ki, Azərbaycan Gürcüstanın qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirir: "Keçən il siz iki dəfə Azərbaycanda olmusunuz. Mən sizinlə həm martda, həm də noyabrda COP29 çərçivəsində görüşləri çox yaxşı xatırlayıram. Fürsətdən istifadə edərək, COP29 çərçivəsində fəal iştirakınıza görə sizə təşəkkürümü bildirəcəyəm. Gürcüstanın qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu gün bizim iqtisadi əməkdaşlığımız var. Qəbul edilmiş qərar və protokollar, eləcə də ikitərəfli sənədlər ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcək". 

Baş nazirin sözlərinə görə, İrakli Kobaxidzenin səfəri çərçivəsində Gürcüstan səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış keçirilməsi planlaşdırılır: "Sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə ayrılıb. O, Bakının mərkəzində, şəhərin ən gözəl yerlərindən birində yerləşir". 

Qeyd edək ki, səfirliyin yeni binasının Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 173 nömrəli məktəbin arxasındakı boş ərazidə inşa olunması nəzərdə tutulur.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri